Yeni Səhifə

Azərbaycan erməni zəvvarları Xudavəng monastrına niyə BURAXMADI?

Tarix:7-01-2021, 10:45 Baxış Sayı:43 Kateqoriya:Gündəm

Azərbaycan erməni zəvvarları Xudavəng monastrına niyə BURAXMADI?
Yanvarın 5-i axşam saatlarından və 6-sı bütün gün Erməni Apostol Kilsəsi Milad bayramını qeyd edib. Bütün erməni kilsələrində müqəddəs "Çraqaluyts" ayini xidməti göstərilib. Milad ərəfəsində Ermənistandan təxminən 70 zəvvar işğaldan azad edilmiş Kəlbəcər bölgəsindəki Xudavəng monastırını ziyarət etmək istədiklərini bildiriblər.

İşğaldan azad ediləndən sonra monastırda həm erməni ruhaniləri, həm də Alban-Udin xristian icmasının üzvləri xidmət edirlər. Təhlükəsizlik məqsədi ilə monastır kompleksinin ərazisi Rusiya sülhməramlı qüvvələri tərəfindən idarə olunur. Rusiya sülhməramlılarının blok-postu Xudavəngin girişində qurulub. Rusiya sülhməramlılarının blok-postundan öndə isə zəvvarların ilk yoxlanmasını həyata keçirən Azərbaycan hərbçiləri dayanır.

Ermənistan zəvvarları tərəfindən monastırı ziyarət etmə rejiminin qaydalarına görə, ermənilərin gəlişi həm Rusiya sülhməramlıları, həm də Azərbaycan qoşunlarının komandanlığı ilə razılaşdırılır. Monastırın ərazisində Azərbaycan silahlı qüvvələrinin iki nəzarət-buraxılış məntəqəsi quraşdırılıb.

Lakin, erməni sosial şəbəkə istifadəçilərinin yazdığına görə, Azərbaycan postlarından yalnız iki zəvvar avtobusunun buraxılışına icazə verilib. Monastır ərazisinə 30 nəfər daxil ola bilib və qalan zəvvarlara ziyarət üçün başqa bir gün seçmələri tövsiyə edilib. Monastırı ziyarət üçün məhdudlaşdırma erməni zəvvarların narazılığına səbəb olub.

Virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinə şərh üçün müraciət edib. Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfi ilə yalnız 30 zəvvarın gəlişi razılaşdırılıb. Bundan əlavə, erməni zəvvarlarının dini hisslərinə hörmətlə yanaşaraq, monastır ərazisi müqəddəs ayin mərasimində iştirak etmək istəyən hər kəsi qəbul edə bilməz. Təhlükəsizlik baxımından Azərbaycan hərbçiləri erməni zəvvarlara monastırı ziyarət etmək üçün başqa bir gün seçmələrini tövsiyə ediblər. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vətəndaşlarının narazılığının və iddialarının əsassız olduğunu və heç bir səbəblərinin olmadığını vurğulayıb.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı