Qarabag Media

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Tarix:11-01-2021, 16:24 Baxış Sayı:264 Kateqoriya:Gündəm

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ
Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi haqqında 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəallar öz əksini tapıbdır.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir”. Digər bir çıxışında milli lider belə bir məqama da toxunub: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir…

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görülə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.
Bələdiyyələr yerliözünüidarəni həyata keçirən orqan kimi müəyyən edilmişdir. Bələdiyyə dedikdə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması kimi başa düşülür.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Bələdiyyə öz mülkiyyətinə və yerli büdcəyə malikdir. Yerli əhəmiyyətli məsələlər dedikdə, bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlər başa düşülür. Bələdiyyə qulluğu Azərbaycan Respublikasının vətəndaşları üçün eyni dərəcədə müyəssərdir. Eyni ilə dövlət idarəçiliyi kimi bu idarəçilikdə ictimai maraqların təmin edilməsinə yönəlibdir.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Aydındır ki, yerli problemləri həmin yerin sakinlərindən daha yaxşı kimsə bilə bilməz. Lakin yerli əhalinin marağı şəxsi deyil, ümumi, ictimai və kütləvi maraqdır və bu ictimai maraqları təmin etməli olan dövlətin maraqları ilə üst-üstə düşür. Bütün deyilənlərdən görüldüyü kimi yerliözünüidarəetmə dövləti fəaliyyətə yaxın bir fəaliyyətdir. Yerliözünüidarəetmə ərazi kollektivinin və dolayısı ilə hər bir vətəndaşın dövlətlə və cəmiyyətlə qarşılıqlı münasibətlərində özünüifadə üsuludur. Yerliözünüidarənin kollegial əsaslarını bələdiyyə nizamnaməsi əsasında yaradılaraq yerli məsələləri kollegial şəkildə həll edən nümayəndəli orqanın olması təşkil edir.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Bələdiyyələrin fəaliyyətini məqsədyönlü və səmərəli şəkildə icra etmək üçün Binəqədi rayon Bələdiyyəsi hər zaman diqqətlə çalışmışdır. Bələdiyyənin fəaliyyəti ərzində onların səlahiyyətinə aid olan bütün məsələlər tərəfimizdən qanunla həyata keçirilir. Binəqədi rayon bələdiyyəsi olaraq, mütəmadi şəkildə bütün məsələlər barədə bir çox işlər görülür. 2020-ci il ərzində Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında rayon ərazisində hər gün təxirə salınmaz işlər həyata keçirilmişdir. Bələdiyyəmiz tərəfindən məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, onların daşınmasını asanlaşdırmaq məqsədi ilə mütəmadi olaraq işlər görülmüşdür. Yaşıllıq zolaqları lazımsız tullantılardan təmizlənmişdir.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Rayon ərazisində uşaqlar üçün bir çox parklar salınmış, yaşlı insanlar üçün yaşayış binalarının həyətlərində oturacaqlar qurulmuşdur. Rayonumuzda COVİD-19 infeksiyasının qarşısının alınması və sakinlərin təhlükəsizliyinin qorunması istiqamətində davamlı olaraq dezinfeksiya işləri həyata keçirilmişdir. Bələdiyyə qulluqçuları tərəfindən vətəndaşlar arasında aparılan maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə hazırlanan posterlər, maskalar və dezinfeksiya vasitələri əhali arasında paylanılmışdır. Karantin rejimi ilə əlaqədar fəaliyyət göstərən ticarət obyektlərdə monitorinqlər uğurla həyata keçirilmişdir.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Operativ Qərargahın tələblərinə ciddi şəkildə əməl etməklə, Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə qaydalara uyğun olaraq, bələdiyyəmiz tərəfindən özəl günləri və bayramları nəzərə alaraq, bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonumuzda yaşayan vətəndaşlar, ahıl, əlil və yardıma ehtiyyacı olan ailələrə karantin müddətində, eyni zamanda bayramlarda yardımlar paylanılmış, bayram sovqatları verilmişdir. Səfərbərliklə bağlı müvafiq hərbi hissələrə və torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edən,cəbhə bölgəsində döyüşən əsgərlərimizə ərzaq yardımları göndərilmişdir.

BİNƏQƏDİ RAYON BƏLƏDİYYƏSİNİN  SƏLAHİYYƏTİ DAXİLİNDƏ FƏALİYYƏTİ

Qarabağ uğrunda gedən döyüşlər zamanı yaralanan qazilərimizə, şəhid ailələrinə yardımlar olunmuşdur.
Binəqədi rayon bələdiyyəsi olaraq, bələdiyyə səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlər, eyni zamanda digər işlər qanun çərçivəsində uğurla həyata keçirilmişdir.

Mürsəl Eminov,
Binəqədi rayon Bələdiyyəsinin sədri

SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!