Qarabag Media

Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

Tarix:12-01-2021, 12:03 Baxış Sayı:117 Kateqoriya:Gündəm

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi
Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimindəki nitqindən bir məqamı diqqətə çatdırmaq istərdim: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir. Bu il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışından bir məqamı diqqətə çatdırmaqla 17 il əvvəl verdiyi vədin həqiqətə çevrildiyini bir daha düşmənlərimizin və onlara havadarlıq edənlərin diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

Budur qətiyyət, siyasi iradə, verilən vədə sadiqlik və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. İndi bütün dünyanın nəzər-diqqəti Azərbaycana yönəlib. Çünki 27 il ərzində BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq qurumların icra olunmayan qətnamələrini Prezident, Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində qəhrəman ordumuzun gücü ilə həll etdi. Həm də status-kvonu, təmas xəttini rədd etdi.
Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində səsləndirdiyi fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək...”, - deyən Ulu Öndərin uzaqgörənliyini bu gün hər kəsə bəllidir. Çünki, Ulu Öndərin yarımçıq qalmış əsas işlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi idi. Bu gün bu məsələ artıq öz həllini tapıb. Dövlətimizin başçısı da xalqa müraciətində bunu bir daha diqqətə çatdırdı və atasının vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azad olunması ilə nəticələndi. Müharibəmiz qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.
Yasamal rayonundan olan şəhidlərimizin nəşinin rayonlardan yaşadığı ünvana gətirilməsinə Yasamal bələdiyyəsinin üzvüləri və qulluqçuları yaxından köməklik göstəriblər.II Fəxri Xiyabanda dəfn olunmasında Yasamal bələdiyyəsinin üzvülərinin və qulluqçularının Yasamal rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin iştirakı ilə dəfn mərasimi keçirilib,hər bir şəhid əsgər və zabit yaylım atəşləri altında Dövlət himninin sədaları altında son mənzilə yola salınıb,məzarı üstünə əklil və qərənfil güllər qoyulub.Dəfn mərasimində “Şəhidlər ölməz,Vətən bölünməz” “Qarabağ Azərbaycandır!”şüarları səsləndirilib. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına və ya yaxın qohumlarına təqdim edilib.
Yasamal rayonundan cəbhəyə könüllü gedən və sonradan şəhid və qazi olan əsgərlərimizin ailələrinə mütəmadi olaraq bələdiyyə üzvüləri və qulluqçuları baş çəkir, onlara ərzaq və maddi yardımın göstərilməsində yaxından iştirak edirlər.

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

Vətən müharibəsi başlanan gündən sentyabr,oktyabr aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulan Tərtər rayonundan və Gəncə şəhərindən olan Yasamal rayonunda məskunlaşan vətəndaşlarımıza da ərzaq və maddi yardım göstərilmişdir.

 Yasamal Bələdiyyəsi Vətən Müharibəsi zamanı öz borcunu yerinə yetirdi

Tahir Məmmədov,
Yasamal Bələdiyyəsinin sədri

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq