Yeni Səhifə

“Məmurların barəsində ev dustaqlığı seçilməsi yolverilməzdir”

Tarix:29-01-2021, 12:31 Baxış Sayı:63 Kateqoriya:Gündəm

“Məmurların barəsində ev dustaqlığı seçilməsi yolverilməzdir”
Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri - Nurupaşa Abdullayev, Səlim Əlizad, İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb. Qeyd edə ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi davam edir. Həmin şəxslər barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Səbayel Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin olunub.

Qeyd edək ki, ilk baxışdan qeyri-adi, diqqətçəkən məqam nəzərə çarpmasa da, sabiq xarici işlər naziri Elmar Məmmədyarova yaxın kadrların “evdə oturub” istintaqın sonunu gözləməsi suallar yaradır. Elmar Məmmədyarovun özünə qarşı əsas ittiham da “evdən işləməsi” idi. Məmmədyarov ölkə üçün çətin anlarda evindən çıxmağı belə özünə rəva bilmirdi. İllərlə aparılan “ev diplomatiyası” XİN kimi bir qurumda biabırçı korrupsiya yuvasının yaranmasına gətirib çıxarmışdı. İllər boyu XİN sistemi bəzi vəzifəli məmurların ailə üzvləri və yaxın qohumları üçün iş yeri funksiyasını daşıyıb. Bir çoxları isə bu sahəyə diplomatik immunitet və diplomatik pasport qazanmaq vasitəsi kimi baxıb. Nazirliyə rəhbərlik edən şəxs isə kadrları təyin edərkən ştat yerlərini, onların bilik və bacarıqlarını nəzərə almayıb. XİN-də biznesmen səfirlər, vəzifəli ataların övladları, imkanlı “dayı”ların qohumları kök salmışdı.

Nəhayətdə XİN-də “qara səhifə” çevrildi, Məmmədyarov qovuldu, ətrafı həbsə göndərildi. Sonradan nə baş verdisə, Məmmədyarovun kadrlarının da təcridxanadan evə göndərilməsi gerçəkləşdi. Korrupsiyada ittiham olunan məmurların “evdə oturub” istintaqın sonunu gözləməsi ümumilikdə ədalət mühakiməsinə necə təsir edir? Bu cür yanaşma bizə nə vəd edir?

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, korrupsiya ilə mübarizədə həbsə almanın xüsusi rolu var: “Korrupsiyaya kim bulaşa bilir? Külli miqdarda rüşvəti kimlər ala bilir? Rüşvət və korrupsiya ittihamı ilə həbs edilənlər kimlərdir? Cavab hər kəsə bəllidir. Sıravi vətəndaşın rüşvət almaq, korrupsiyaya bulaşmaq kimi imkanları yoxdur. Məmurlar rüşvət alır, dövlət büdcəsindən xalqın rifahı üçün ayrılan vəsaiti oğurlayır və komfort həyat sürürlər. Bu adamların maşınlarındakı oturacaqlar, iş yerlərindəki kreslolar xüsusi işlənir. Xatırlayırsınızsa, Bakının Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun kreslosunun fotosu yayılmışdı. Əslində həmin o kreslodan bir çox məmurların kabinetində var. Misir fironlarının sərdabəsinə bənzər, qol-qanadlı, təvazökarlıqdan qat-qat uzaq həmin kabinet kreslosu Azərbaycan məmurlarının qafasını, vəzifəpərəstliyini simvolizə edirdi.

Katibələr, sürücülər, bahalı restoranlar, şəxsi masajistlər, bərbərlər bu adamların həyat tərzlərinin ayrılmaz hissəsidir. Məmur rüşvət ittihamı ilə işdən çıxarılıbsa, ona güzəşt olmamalıdır. Öyrəşmədiyi, komfortu olmayan, qışda soyuq, yayda qızmar isti dustaq maşınının oturacağına otuzdurulub təcridxanaya aparılmalıdır. Bunun özü bu adamların oğurladıqlarını geri qaytarmaqları üçün çox ciddi əsasdır. Ev dustaqlığı isə bu adamlar üçün oğurladıqlarını qaytarmamaq imkanı yaradır. Bundan başqa, digər oğru məmurlar, hansılar ki, bu gün vəzifədədirlər, onlara da pus nümunə olur".

Hüquqşünas deyir ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Konsulluq İdarəsinin rəisi cinayət törədibsə, bundan Elmar Məmmədyarovun da xəbəri olub. Olmayıbsa, bunun özü də onun XİN-də baş verənlərdən xəbərsiz olması anlamına gəlir. Bundan başqa, dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında" tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb? Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən, yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz. XİN-də tutulan məmurlar dövlət büdcəsindən bu sahəyə ayrılan pulları təkbaşına mənimsəyə bilməzdilər? Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Məmurların barəsində həbslə əlaqəli olmayan qətiimkan tədbirinin seçilməsi bugünkü Azərbaycanda yolverilməzdir, deyərdim ki, olduqca ziyanlıdır".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı