Qarabag Media

Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?

Tarix:15-02-2021, 11:22 Baxış Sayı:37 Kateqoriya:Gündəm

Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?
Bu günlərdə erməni tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə "əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib.

Bakıdan isə bu görüşlə bağlı hələlik rəsmi məlumat verilməyib. Hərçənd xəbər sosial şəbəkələrdə və ekspertlər arasında müəyyən ajiotaja səbəb olub. Bir çoxları bu görüşü "separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozublar. Yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının Araik Arutyunyanı axtarışa verdiyi halda onunla görüş faktının nə məna daşıdığı haqda suallar səslənir.

yenisehife.az xəbər verir ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı açıqlamasında deyib ki, onun fikrincə görüşdə müzakirə edilən məsələlərin çevrəsi humanitar məsələlərdən daha geniş olub.

"Araik Arutyunyanla görüşmək ən azından ona görə lazım idi ki, aydınlaşdıraq-onun patriotizminin dəyəri nədir? Avtomobilini havaya uçuracaq idarəolunan raketdən bahadırmı? Əlbətdə, həm də gələcəkdə nə etmək barədə danışmaq üçün görüşmək lazım idi. Bu cür görüşlərdə hansı məsələlərin həll edilə biləcəyinə gəldikdə isə, hesab edirəm ki, texniki xarakter daşıyan bir çox məsələlər qaldırılıb. Orada müəyyən məsələrlə bağlı qarşılıqlı əlaqələr, məsələn, erməni hərbi personalının sülhməramlı qüvvələrin məsuliyyət zonası olan ərazilərdən çıxarılması, bu ərazilərdən keçən kommunikasiyalar, sülhün təmin edilməsi məsələləri və s. müzakirə oluna bilərdi” - keçmiş xarici işlər naziri deyib.

T.Zülfüqarov deyib ki, Arutyunyanın hərbi cinayətkar olması şübhəsizdir. Lakin bu görüşü tənqid edənlərə xatırlatmaq lazım gəlir ki, təkcə Arutyunyan hərbi cinayətkar deyil, separatçı rejimə ondan əvvəl başçılıq edənlərin də hamısı cinayətkarlardır.

"Deməliyəm ki, həm dövlət başçısı, həm digər şəxslər, o cümlədən mən özüm nazir işləyəndə öz əməllərinə görə hərbi cinayətkarlar hesab edilən şəxslərlə görüşməli, danışıqlar aparmalı olmuşuq. Və burada təəcüblü heç nə yoxdur. Bütün münaqişələrdə belə praktika istifadə olunur. Məsələn, Şimali İrlandiya. Orada britaniyalı hərbçilərə qarşı terror aktları törədənlərlə danışıqlar aparılıb. Yəni bu, dünyada qəbul edilən praktikadır”- Zülfüqarov bildirib.

Keçmiş nazir deyib ki, əslində 1994-cü ildən bəri Dağlıq Qarabağ separatçılarının nümayəndələri ilə görüş ilk dəfə deyil baş verir. Belə görüşlər dəfələrlə olub.

"Bəs biz Minsk Qrupu çərçivəsində kiminlə görüşürdük? Bir daha təkrar edirəm ki, bu, münaqişələrdə qəbul edilmiş praktikadır. Məsələləri hərbi toqquşmalara getmədən dinc yolla həll etmək cəhdləridir. Ən sadə olanı budur ki, özünü patriot hesab edəsən və görüşə yollanasan, tapançanı çıxarıb iştirakçıları güllələyəsən. Prinsipcə, bu baş verə bilər və haqq qazandırılardı. Lakin belə hərəkət daha çox qurbanlara gətirib çıxaracaq hadisələrə səbəb olacağı üçün heç kim belə eləmir. Bizim hakimiyyət birmənalı şəkildə hərbi cinayətkarlar olan adamlara şəxsi münasibətini kənara qoyaraq belə addıma gedir. Çünki işin marağı bunu tələb edir. Belə görüşlərdə müzakirə olunan məsələlər texniki və ya hərbi-texniki xarakter daşıya bilər. Başa düşmək lazımdır ki, belə görüş kimisə tanımaq mənasını vermir. Hətta müharibənin gedişində səngərdə üz-üzə dayanan tərəflər öz aralarında əsirlərin və meyitlərin dəyişdirilməsi, yaralıların döyüş meydanından çıxarılması ilə bağlı anlaşmalar əldə edirlər. Yəni belə təmaslar siyasi xarakter daşımır və kiminsə tanınması faktı deyil” - T.Zülfüqarov belə deyib.

Keçmiş nazir daha bir məqama diqqəti cəlb edir, bildirir ki, indiki təmaslar hansısa yeni situasiyada baş verir. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq münaqişədən Ermənistan amili faktiki olaraq kənarlaşıb. İndi bəzi elementlər qalır ki, həmin amil birdəfəlik aradan qaldırılsın. Azərbaycan tərəfi də bunun üzərində işləyir. "Yəni Ermənistan indi bizim üçün sadəcə qonşu ölkədir və onunla postmünaqişə situasiyasında münasibətlər qurulur”,-o vurğulayıb.

Zülfüqarovun sözlərinə görə, digər məsələlər qrupu Azərbaycan ərazilərinin bir hissəsində kompakt yaşayan erməni əhalisi ilə bağlıdır. Bu ərazi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Orada yaşayan erməni əhalisini Azərbaycan öz vətəndaşları sayır və onların reinteqrasiyasını qarşıya vəzifə qoyub. "Bizim bəhs etdiyimiz görüş də bu siyasət çərçivəsində keçirilir. Yəni bu görüş beynəlxalq xarakter daşımır və hansısa texniki məsələlərin həlli üçün lazımdır. İndi bu Azərbaycanın daxili məsələsidir, bizim bu gün heç vasitəçilərə də ehtiyacımız yoxdur” - keçmiş nazir bildirib. (virtualaz.org)

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq