Yeni Səhifə

Professor elmi dərəcə almaq prosedurunu topa tutdu: “Elmə nifrət yaradırlar...”

Tarix:10-04-2021, 18:43 Baxış Sayı:19 Kateqoriya:Gündəm / Cəmiyyət

Professor elmi dərəcə almaq prosedurunu topa tutdu: “Elmə nifrət yaradırlar...”

"Dünyanın heç bir qitəsində elmlə məşğul olan insanlara Azərbaycandakı qədər işgəncə verilmir”.

Miq.Az xəbər verir ki, bu fikirlər professor Vaqif Sultanlının öz "Facebook” səhifəsində paylaşdığı statusda yer alıb.

Professor Vaqif Sultanlı Azərbaycanda elmi ad almaq üçün süründürməçiliyin olduğunu və bunun dissertantlarda elmə nifrət yaratdığını bildirib:

"Dünyanın heç bir qitəsində elmlə məşğul olan insanlara Azərbaycandakı qədər işgəncə verilmir. Mövzunun kafedrada, Elmi Şurada, Koordinasiya Şurasında təsdiqi bir ilə qədər vaxt aparır.

Mövzunun təsdiqi üçün təxminən 10 səhifəlik plan-prospekt deyilən gərəksiz sənəd hazırlanır. Dissertasiya yazılandan sonra ilkin müzakirə, seminar müzakirəsi, açıq müdafiə keçirilir. Bəzən iki-üç il vaxt aparan, əksər hallarda formal xarakter daşıyan bu mənasız müzakirələr dissertantı haldan salır, elmə nifrət yaradır.

Hər bir müzakirə üçün müxtəlif rəylər və müdafiə zamanı rəsmi opponentlərin rəyi, iki dildə avtoreferat tələb olunur. Müzakirələr və müdafiə prosesi videoya çəkilir, daha sonra kağıza köçürülərək təsdiqlənir. Dərc olunan məqalələrin əsli, surəti, elektron versiyası tələb olunur. Yazılan avtoreferatlar Türkiyəyə, Avropaya, Amerikaya deyil, nədənsə, elmi mühitin dağıldığı keçmiş sovet respublikalarına göndərilir.

Müdafiə bitəndən sonra Ali Attestasiya Komissiyasında "ikinci cəbhə” açılır, bütün işgəncə prosesi az qala yenidən təkrar olunur. Burada iş gizli rəyə verilir, dissertasiya müəllifi Ekspert Şurasının iclasına dəvət olunur, daha sonra müzakirə Rəyasət Heyətinin iclasına çıxarılır.

Ali Attestasiya Komissiyasında işə baxılma prosesi heç bir səbəb göstərilmədən bəzən illərlə uzadılır. Ali Attestasiya Komissiyasına təqdim olunan sənədlərin həcmi bəzən dissertasiyanın həcmindən iki-üç dəfə çox olur. Ancaq elmdən danışmaq əbəsdir”.

Professor qeyd edib ki, inkişaf etmiş ölkələrdə gərəksiz sənədlərə yox, araşdırmaya önəm verilir:

"Dünyanın inkişaf etmiş əksər ölkələrində müdafiə şuraları yoxdur, dissertasiya elmi rəhbər və iki alimin rəyi əsasında müdafiə edilir və diplomu da universitet özü verir. Ancaq elm var, çünki gərəksiz sənədlərə deyil, araşdırmaya diqqət yetirilir”.(yenicag.az)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı