Yeni Səhifə

"Çimərliklər açılmalıdır, camaat dənizdə öpüşməyəcək ki..." - Rəşid Mahmudov

Tarix:26-04-2021, 15:29 Baxış Sayı:54 Kateqoriya:Gündəm

Yay mövsümü yaxınlaşdıqca hər kəs çimərliklərin açılmasını səbirsizliklə gözləyir.

Bəs pandemiya dövründə çimərliklərdən istifadə vətəndaşların sağlamlığı üçün nə qədər önəmlidir?

tibb elmləri namizədi, professor Rəşid Mahmudov bildirib ki, pandemiya dövründə çimərliklərin açılması olduqca əhəmiyyətlidir.

O bildirib ki, səhər saatlarında günəşin tərkibində bəzi ultrabənovşəyi şüalar mövcud olur ki, bu da koronavirusun əleyhinə olduqca faydalıdır:

"Əgər insan səhər saat 6-dan 11--ə kimi və axşam saat 5-dən 7-yə dək çimərlikdə olsa, təmiz hava udsa, bogazında və burnunda heç bir virus qalmayacaq".

Rəşid Mahmudov qeyd edib ki, pandemiya dövründə dənizə üz tutmağın heç bir fəsadı ola bilməz:

"Yalnız çimərlikdə xüsusi maddələr var ki, onlar çox olanda dənizdə çimməyə icazə verilmir, məsələn, penolun miqdarı 284 dən çox olanda çimərliyə icazə yoxdur. Bəzən dənizdə ayrı -ayrı meduzalar, mikroorqanizmlər çox olur ki, bu zaman da çimərliyə üz tutmaq qadağan olur. Yalnız bu hallar istisnadır”.

Professor R.Mahmudov pandemiya dövründə çimərliklərin bağlı olmasının tamamilə yanlış olduğunu vurğulayıb:

"Pandemiya dövründə çimərliklər açılmalıdır, niyə də açılmasın ki? Camaat dənizdə öpüşməyəcək ki? Getsinlər aralı dayansınlar, o orada çimsin, o biri başqa yerdə. Əgər camaat səhər tezdən, təmiz havada çimərliyə gedib, hava alsa, 34 -37 dərəcədən yuxarı şüaların faydalı təsiri nəticəsində orqanizmdə heç bir virus qalmaz.

Həmçinin suyun tərkibində olan yodlar da çox gözəl effekt verir".

Rəşid Mahmudov çimərliklərin pullu olmasına da iradını bildirib:

"Mən yalan danışan deyiləm, bu xalq harada çimsin? Çimərliklər pulludu. Bu gün çimərliklərdə demək olar ki, çimməyə yer yoxdur, hər yeri hasarlayıblar.

Allahın dənizidir, camaat harada istəyir gedib çimməlidir. Ölüb gedirsən torpağı, məzarı da pulla satırlar. Hamı pul yığmaqla məşğuldur".


SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı