Tarixdə milli-etnik kökə, dövlətçilik ənənələrinə, mədəni-iqtisadi əlaqələrin birliyinə, vahid tarixi ərazilərə sahib olmayan xalqlar tədricən tarixin səhifələrindən silinir... Erməni xalqı kimi, daha doğrusu erməni toplusu kimi.
Ermənilər hələ qədim dövrdən özlərinə milli qurum yaratmaq məqsədi ilə başqa xalqların ərazilərinə göz dikiblər. Dünyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alır. Tarixdən məlumdur ki, “erməni soyqırımı” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı imperiyasının torpaqlarını bölüşdürmək, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq türk-müsəlman xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqlarının mənafeyinin “qorunması” məsələsi bəhanə idi. Osmanlı imperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən-xəyanətkar olmalarından, satqınlığından, qorxaqlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. Rus şairi A.S.Puşkin demişkən: “Sən qorxaq, sən oğru, sən ermənisən”.
19-cu əsrin sonlarından “Böyük Ermənistan” yaratmaq idealogiyası ilə yaşayan ermənilər terror, qırğınlar, saxtalaşdırılmış tarixi faktlarla buna nail olmaq istəyiblər. Bu məkrli plana Türkiyə və Azərbaycan əraziləri də daxil idi. “Qaregen Njdenin təlimi” nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir. Yəni, türkə olan nifrət ideoloji vasitədir, silahdır. Və bu silahdan bəzən bir sıra güclü dövlətlər Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ötən əsrin əvvəllərində türklərin güya “ermənilərə qarşı soyqırımı yeritdiyini” iddia edən erməni millətçiləri öz diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Təəssüflə vurğulamaq lazımdır ki, Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cürə barışa bilməyən, beynəlxalq hüquqdan yayınaraq ikili standartlara yol verən müəyyən aparıcı dövlətlər bu məsələdə erməniləri şirnikləşdirmək yolu tuturlar. Qondarma “erməni sorqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən ikili standartlar siyasətinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qərarın yanlış olduğunu bildirərək: “C.Baydenin qərarı tarixi səhvdir və bu bəyanət qəbuledilməzdir”, - söyləmişdir. Bəzi ölkələrin rəhbərlərinin 1915- ci il hadisələrini siyasiləşdirmək cəhətləri qəbuledilməzdir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. Bu cür bəyanatlar qərəzli xarakter daşıyır və konkret ölkələrin siyasi maraqlarına xidmət edir. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar dayanıqlı sülhə təhdid törədir. Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırmalar tarixçələr tərəfindən aparılmalıdır, siyasətçilər tərəfindən deyil. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyyata son soyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar. Cünki onlar yaxşı başa düşürlər ki, “erməni soyqırımı” tarixin ən böyük yalanıdır. Ermənistanın zaman-zaman gündəmə gətirdiyi “soyqırımı” kampaniyasının
hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Bu məqam qardaş Türkiyəyə yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını sübut edir. Bir sözlə, erməni məsələsi, “erməni soyqırımı” ayrı-ayrı vaxtlarda iri dünya dövlətlərinin ermənilərdən Türkiyə və digər türk-müsəlman xalqlarına qarşı bir vasitə, alət kimi istifadə etmələrindən törəyən cılız bir siyasətin təzahürüdür.
Hazırda Türkiyə dövlətinin dünyada durmadan artan iqtisadi qüdrəti, türk dövlətlərinin yüksələn nüfuzu bəzi dövlətləri narahat edir və ona görə də oyuncaq erməni “dövləti” nin onların əlində sözün həqiqi mənasında oyuncağa çevrilməsi başa düşüləndir. Alman tarixçi-şərqşünas alimi Erix Fayqlın “Soyqırım haqqında əfsanə” adlı əsərində yazmışdır: “Özünün bütün tarixi boyu Şərqi Anadolu ərazilərindəki erməni icmaları heç vaxt satraplıqdan və yarımmüstəqil knyazlıqdan yuxarı qalxa bilməmişlər”. Bu da “Böyük Ermənistan” dövləti... Ermənistan heç vaxt böyük dövlət olmayıb və olmayacaqdır, o, tarixi boyunca başqa dövlətlərin maraqları çərçivəsində bir oyuncaq olaraq qalacaqdır.”
Bir qayda olaraq aprel ayında hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməni ideoloqlarının məkrli kampaniyası bu il daha geniş vüsat almışdır. 44 günlük müharibədə biabırcasına darmadağın, məğlub olan Ermənistan dövləti və ordusu xaos içərisində olan ölkəsində əsassız revanşizm meyillərinin genişlənməsi fonunda, özlərinə qondarma “erməni soyqırımı” təbliğatı ilə ənənəvi olaraq Türkiyə və Azərbaycanı hədəf seçərək özləri haqqında “məzlum, qırğına məruz qalmış millət” imicini yaratmağa davam edirlər. Əslində, hələ məzlum, yazıq, bədbəxt, keçmişi və gələcəyi olmayan bir millətdirlər. Və bu məzlum millətin “soyqırımına” biganə qala bilməyən Qərb hakim dairələri Rusiyada, Amerikada, Fransada... ermənilərin yaşadıqları ərazilərdə onların öz müqəddəratını təyin etmələri qayğısına qalsınlar, əgər həqiqətən ermənilərə inanırlarsa.
Yüz il bundan əvvəl baş vermiş hadisələr yalnış şəkildə təqdim edilir, faktlar, tarixi hadisələr saxtalaşdırılır, inanılır, amma 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də tam ədalətli qiymət verilmir. Xocalıda baş verən qətliamı, vəhşiliyi, insanlığa qarşı olan cinayəti görməmək, duymamaq mümkün deyil. Əsl kor insanlar gözləri görməyən insan deyil, vicdanı kor olan insandır. Dünya ictimaiyyəti uzun illər Azərbaycan həqiqətlərinə gözləri kor oldular. Yalançı, “məzlum erməni xalqının yalançı soyqırımından” Azərbaycan-Türkiyə dostluğuna qarşı bir silah kimi, təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Lakin 44 günlük Vətən Müharibəsində parlaq Qələbə çalan Azərbaycan dövləti kor olan vicdanları oyanmağa məcbur etdi. 30 il müddətində bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının bacarmadığını 44 gün ərzində Şanlı Azərbaycan Ordusu etdi. Azərbaycan dünya dövlətlərini onunla hesablaşmağa məcbur etdi.
44 günlük Vətən Müharibəsində Azərbaycan dünyaya ermənilərin əsl terrorçu, vəhşi, vandal, xəyanətkar xislətini sübut etdi. 44 günlük Vətən Müharibəsi bir daha Azərbaycan-Türkiyə dostluğunun, birliyinin sarsılmaz olduğunu sübut etdi. Vətən Müharibəsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının tarixi zərurət, həqiqət olduğunu bir daha bəyan etdi.
Razıgül Dadaşova, Salyan Peşə Liseyinin direktoru, tarix müəllimi