Yeni Səhifə

Bakıda övladını diləndirərək narkotik aldığı iddia olunan qadınla bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Tarix:15-07-2021, 21:08 Baxış Sayı:32 Kateqoriya:Gündəm

Bakıda övladını diləndirərək narkotik aldığı iddia olunan qadınla bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO





Bakıda övladını diləndirərək narkotik aldığı iddia olunan qadınla bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunandan sonra düşdüyü vəziyyətlə bağlı yayılan videolarla bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun YENISEHIFE.AZ -a verdiyi məlumana görə, ərazi üzrə dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər.

Araşdırma zamanı həmin ailənin üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər.

Arzu Mehtiyeva və Valeh Balaayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyən etmək üçün onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər. Onların narkotik vasitələr alidəçisi olduqları təsdiq edilsə həmin şəxslərin məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndərilməsi təmin olunacaq.

Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qərar qəbul ediləcək.

Daxili İşlər Nazirliyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirərək narkotik alan qadınla bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

15:48

“Narkotik istifadəçisi qadın hər gün axşam saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirir”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

K.Ağazadə bildirib ki, qadın uşağının diləndiyi pulları narkotik vasitə almağa sərf edir:

“Həm özü, həm də həyat yoldaşı bu vəziyyətdədir. İki yaşlı uşaq təhlükəli durumdadır. Uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərləsə, nələrsə edib.

Mənim narahatlığım iki yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, demək ki, ora gələnlərlə yanğını evdə çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin...”.

O əlavə edib ki, evin ünvanını aidiyyəti qurumlara təqdim edə bilər.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı