Yeni Səhifə

“Haber Global”: “Azərbaycan dini liderinin absurd açıqlamasına reaksiyalar artmaqda davam edir” - VİDEO

Tarix:27-07-2021, 14:23 Baxış Sayı:42 Kateqoriya:Gündəm

“Haber Global”: “Azərbaycan dini liderinin absurd açıqlamasına reaksiyalar artmaqda davam edir” - VİDEO




“Şəhidlərin, qazilərin qanı ilə Qarabağda qazanılan zəfərə bütün dünya şahid oldu. Bu zəfərdə Azərbaycanın yanında Türkiyə var idi. Azərbaycanın digər qonşusu İran isə tam əks mövqe nümayiş etdirmişdi. İndi isə heyrətləndirici bir vəziyyət yaranıb. Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri hər şeyi unudaraq İrana təşəkkür edib. Azərbaycan xalqı isə buna kəskin reaksiya verib”.

Bu fikirlər Türkiyənin “Haber Global” televiziyasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qalmaqal doğuran “İrana təşəkkür” açıqlaması barədə hazırladığı süjetdə səsləndirilib.

Materialda Allahşükür Paşazadənin açıqlaması absurd adlandırılıb və bir çox faktlarla sübuta yetirilib. Sual olunur ki, Azərbaycan əsgərinin cəbhədə qanı, canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Ümumiyyətlə, şeyxin bəhs etdiyi fətva barədə heç bir yerdə məlumat olmadığı vurğulanan materialda yalnız noyabrın 4-də İran Prezidenti Həsən Ruhaninin iş işdən keçəndən sonra, müharibədə qalib və məğlub bəlli olduqdan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama verdiyi vurğulanıb.

Şeyxin xalqı, dövləti və Prezidenti ilə Azərbaycanın yanında dayanan Türkiyəni İranla tərəzinin eyni gözünə qoymaq cəhdinə Azərbaycan xalqının kəskin reaksiya verdiyi bildirilən süjetdə Tehranın uzun illər apardığı ermənipərəst siyasət ifşa olunur. İran tərəfindən işğal illərində Qarabağdakı separatçılarla iqtisadi əlaqə quran şirkətlərin, maliyyə əməliyyatları aparan bankların siyahıları təqdim olunub.

Müharibə dövründə İranın açıq-aşkar Ermənistana silah yardımı məsələsi də diqqətdən yayınmayıb. Tehranın bu məkrli oyunlarına Cənubi Azərbaycanda yaşayan soydaşlarımız qarşı çıxıb.

Süjetdə həmçinin İranın Şuşadakı məscidin restavrasiyasını təşkil etməklə orada Azərbaycan izlərinin silinməsinə çalışdığı, məscidin farslaşdırılmağa çalışıldığı vurğulanır.

Belə ki, müsəlman məscidlərinin dağıdılmasına, heyvan saxlanılmasına qarşı çıxmayan, bu barədə bir dəfə belə kəskin açıqlama verməyən İran Şuşada məscidin restavrasiyası zamanı xüsusi canfəşanlıq nümayiş etdirib.

Toxunulan ən mühüm məqamlardan biri isə Şeyxin həmin məsciddə məhz İranın ali dini liderinin nümayəndəsinin arxasında namaz qılmasıdır.

Bütün bunlardan əlavə “Haber Global” süjet boyu şeyxin qərəzli yanaşması və absurd açıqlamasını ifşa etməklə yanaşı, həm də Allahşükür Paşazadənin fikirlərinin Azərbaycan xalqının mövqeyini ifadə etmədiyini, xalqın onun bu çıxışına qarşı qəzəbli olduğunu vurğulayır.

Sonda isə ölkəmizdə bir çox insanın haqlı olaraq 72 yaşlı Allahşükür Paşazadənin təqaüd yaşının çatdığını düşündüyü qeyd olunur.




[media=http://https://youtu.be/M7psxz2ZYrw?t=2]


SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı