Qarabag Media

ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Tarix:26-09-2021, 20:51 Baxış Sayı:21 Kateqoriya:Gündəm

ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO



ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında, BMT-nin Baş Qərərgahı qarşısında “Azad olunmuş əraziləri minalardan azad et” tələbi ilə etiraz aksiyası keçiriblər.

YENISEHIFE.AZ - “Report”a istinadən xəbər verir ki, əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar və qərənfillər olan yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşıb.

Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

ABŞ-da təhsil alan azərbaycanlı gənclər və dərnək rəhbərləri çıxışlarında BMT-nin Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini bildiriblər. Həmin ərazilərdə ermənilərin basdırdığı minaların partlaması nəticəsində bu günə qədər yüzlərlə günahsız insanın faciəvi şəkildə həyatlarını itirdiyini vurğulayan natiqlər ABŞ ictimaiyyətini Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışov haqqında məlumatlandırıblar.

Çıxışlarda habelə beynəlxalq hüququn normalarını pozan Ermənistanın Azərbaycan torpaqlarında törətmiş olduğu cinayət əməllərindən danışılıb, beynəlxaq təşkilatdan ədalət tələb edilib.

BMT-dən onun Azərbaycanla bağlı qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımların atılması tələb olunub.

Ərazidən keçən diplomatlar və vətəndaşlar həmvətənlərimizə yaxınlaşaraq, baş verənlər haqqında məlumat alıblar.

Tədbirin sonunda azərbaycanlı musiqiçilərin ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.

ABŞ polisinin nəzarəti altında iki saat davam edən aksiya insidentsiz başa çatıb.


ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO
ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO
ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTOABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

SON XƏBƏRLƏR
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər
Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Fevral ayından…
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – SEYMUR ORUCOV
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir