Yeni Səhifə

İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu

Tarix:12-10-2021, 20:48 Baxış Sayı:75 Kateqoriya:Gündəm

İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu




 
İlham  Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı.  Bu qələbə ilə həm torpaqlarımız azad olundu, həm də Azərbaycan regionda yeni reallıqlar yaratdı.
Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, işğal altında idi.  Bütün dünya işğal altında olan Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələr qəbul edilsə də, bu dövrdə Ermənistana qarşı heç bir beynəlxalq təzyiq baş vermədi. Əksinə, əksər beynəlxalq təşkilatlar, problemin həllində vasitəçilik missiyası həyata keçirənlər ikili standartlar siyasəti yürüdərək işğal siyasətinə dəstək vermiş oldular.
İşğala məruz qalan Azərbaycan olsa da, danışıqlar prosesində kompromisə getmək üçün ölkəmizə təzyiqlər edildi. Lakin Azərbaycan milli maraqlarından bir addım da belə geri çəkilmədi. Respublikamız heç zaman torpaqlarının işğal altında olması ilə barışmadı. Prezident  İlham Əliyev həmişə bəyan edirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Ordumuzun döyüş imkanlarının artırılmasının, ən müasir silah və hərbi texnikanın alınmasının bu məqsədə xidmət etməsi də məlum idi. Beləliklə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı və yüksəlişi həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün tarixi şərait formalaşdırdı və nəhayət, Vətən müharibəsi xalqımızın ən böyük arzusunu çin etdi, dövlətimizin yeganə ağrılı probleminə son qoydu.
Vətən müharibəsindən sonra ortaya çıxan mənzərə də göstərdi ki, Ermənistanın məqsədi zəbt etdiyi bütün torpaqlarımızı əbədi işğal altında saxlamaq idi. Belə olmasaydı, mürəkkəb müdafiə istehkamları qurmazdılar. Amma bütün bunlar qüdrətli Azərbaycan Ordusunun, qəhrəman hərbçilərimizin qarşısını kəsə bilməzdi və Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq...
Bəli, bu müharibədə torpaqlarımızı Ali Baş Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, çavuşları, gizirləri azad etdilər. Onlar müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa onu cəzalandırdı.  Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi.  Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular.
Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
"Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.
Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var.
 İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu


İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı