Yeni Səhifə

Azərbaycanın Xalq-Dövlət-Ordu birliyi işğalçı Ermənistan üzərində əbədi qələbənin möhürünü vurdu

Tarix:8-11-2021, 15:18 Baxış Sayı:41 Kateqoriya:Gündəm / Siyasət

Azərbaycanın Xalq-Dövlət-Ordu birliyi işğalçı Ermənistan üzərində əbədi qələbənin möhürünü vurdu


*
2020-ci il Azərbaycan xalqının ən qürurlu, ən parlaq zəfər ili kimi, bəşər var olduqca xatırlanacaq əbədi qələbə imzası atdığı möhtəşəm tarix oldu. Ötən ilin son baharı odlar diyarına nurla qədəm qoydu və illərlə həsrətində olduğumuz yurd nisgilini, Qarabağ həsrətini bir andaca bitirdi. Çox şanlı, qürurlu günlər yaşadıq, zəfərlər qeyd etdik.
Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq və şücaət göstərərək xalqımıza Böyük Qələbə sevinci yaşadan, 30 illik Qarabağ nisgilinə son qoyan  rəşadətli ordumuzun qalib əsgər və zabit heyəti möhtəşəm Zəfər paradında qürurla addımladılar...
Əslində, Azərbaycan xalqı Qələbəyə qədər uzun yol qət etmiş, illər ərzində görülən məqsədyönlü işlər, keçilən yol nəticəsində indiki sevincli məqama yetmişdi. Xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, milli birliyi və həmrəyliyi dəstəkləyən uğurlu siyasətinin məntiqi bəhrəsi olaraq uzun zamandır həsrətində olduğumuz qələbə şadyanalığını yaşayır, ürəyimizdəki yurd nisgilini birdəfəlik silirdik.
Müzəffər Ali Baş Komandanın qətiyyətli və uzaqgörən siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması cəbhədəki uğurlarımızın rəhni idi.
Düzü, şanlı ordumuz bu tarixi günə 2016-cı ilin “Aprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı”nda start vermişdi. Ötən ilin Tovuz, həmçinin avqust təxribatlarında da təcavüzkarlara layiqli cavab vermiş, yerinə otuzdurmuşdu.
Lakin törətdiyi təxribatlar zamanı aldığı layiqli cavablardan dərs çıxarmağı bacarmayan Ermənistan 2020-ci ilin 27 sentyabrında yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəfə almağa başladı. İdbar əməlləri ilə özlərinin çirkin planlarını həyata keçirmək üçün ağılsız və uğursuz bir cəhd etdi. Və elə bu ağılsız cəhdləri ilə də həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.
Ali Baş Komandanın vətən uğrunda “İrəli” əmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarının harayına hay verdi. İgidlərimiz silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdilər.
Şanlı Azərbaycan Ordusu 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı. Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi. And içmişdilər, öldü vardı, döndü yox!
Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah işlətmək mümkün olmayanda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar da döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının zərbəsi ilə erməni silahlılarını  məhv etdilər.
Tək həmləsi ilə düşmənin murdar ayağını qarış-qarış torpağımızdan çıxarıb atan igid əsgərlərimiz xalqımıza hər gün zəfər müjdəsi verməyə, haqqın, ədalətin rəmzi olan Azərbaycanın üçrəngli müqəddəs bayrağını vətən torpağında, zirvələrimizdə dalğalandırmağa başladılar...
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilərək orada Azərbaycan bayrağının qaldırılması ilə şanlı müharibəmizə yekun vuruldu. Bu tarixi hadisə ilə düşmənin beli qırıldı, təslim olmağa məcbur qaldı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan təmizləndi. Beləliklə də, düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu və noyabrın 10-da təslimçilik bəyanatını imzaladı.
Vurğulamalıyıq ki, Zəfər paradının məhz 10 dekabr tarixinə təyin olunmasının da öz dərin mənası var idi. Belə ki, sözügedən tarix Dağlıq Qarabağdakı qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. 1991-ci ilin bu günündə Qarabağda dırnaqarası referendum keçirilmişdi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi “referendumda” ermənilər “müstəqillik” elan etmişdilər. İndi isə Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi bu tarixdə Qələbə paradı keçirməklə həm Ermənistana, həm də onun xarici himayədarlarına bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır və bu, dünya durduqca belə olacaq.
Xalq-Dövlət-Ordu birliyi işğalçı üzərində əbədi qələbənin möhürünü vurdu, bu birlik Vətən müharibəmizi qalibiyyətlə taclandırdı, haqq zəfər çaldı.
Bəli, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının edə bilmədiklərini Azərbaycan Ordusu cəmi 44 günə həyata keçirdi. İllərdir işğalda qalan torpaqlarını azad etdi, yüz minlərlə köçkününün ürəyindən Vətən nisgilini söküb atdı. Hər birimizə Azərbaycan tarixinin ən şanlı günlərinin şahidi olmaq kimi bəxtəvər ömür, bütöv Azərbaycan ərməğan etdi.


Azərbaycanın Xalq-Dövlət-Ordu birliyi işğalçı Ermənistan üzərində əbədi qələbənin möhürünü vurdu
 

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı