Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramında Zəngilanın Ağalı kəndinə ziyarət önəmli yer tutacaq.
Bu barədə “Haber Global”ın Zəngilanın Ağalı kəndindən hazırladığı reportajda qeyd olunub.
Türkiyə lideri Zəngilanın Ağalı kəndində rəsmi mərasimlə qarşılanacaq.
Belə ki, Ağalı kəndinə ziyarət çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin əvvəlcə təkbətək işgüzar naharı, daha sonra isə heyətlərin iştirakı ilə geniştərkibli görüşü keçiriləcək.
Daha sonra liderlər mətbuata birgə açıqlama verəcəklər.
[media=http://https://youtu.be/ofXtdVNF-eQ]