Yeni Səhifə

“O adamları tutub axtalasaq da...” – Deputat 11 yaşlı qızın təcavüzünə ÜSYAN ETDİ

Tarix:1-11-2021, 16:56 Baxış Sayı:21 Kateqoriya:Gündəm / Cəmiyyət / Hadisə

“O adamları tutub axtalasaq da...” – Deputat 11 yaşlı qızın təcavüzünə ÜSYAN ETDİ


"11 yaşlı qızın faciəsi bir ümummili faciədir. Bəli, məhz faciə”.


YENISEHIFE.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat qeyd edib ki, 11 yaşlı uşaq bir cinsi terrorun qurbanıdır:

"Şossedə avtomobilimizin şüşəsini döyüb pul dilənən o qızlar, oğlanlar da 9-13 yaş arasındadırlar, rayonlarda evlərin küncündə gizlədilən, bir çox hallarda valideynlərinin, atalıq və analıqların, qohumların vəhşəti ilə qarşılaşanlar da bu yaşlardadır. Özümüzü aldatmayaq, məktəblə, icra qurumlarında olan müvafiq komissiyalarla əlaqə və əməkdaşlıq da formal mahiyyət daşıyır. İndi tələb olunur ki, azyaşlı qızlara və oğlanlara təcavüz edən pedofillərə ömürlük həbs cəzası verək. Razıyam, cəza maksimum səviyyədə sərtləşdirilməlidir. Bəs bunu gizlədən cəmiyyətlə nə edək? Bu kimi cinayətlər yüzlərlədir sadəcə gizlədilir. Bunu gizlədənlərin və hətta buna şərait yaradanların içində ana, bacı, qohumlar, yaxınlar var. Gizlətməyin iki səbəbi var, birincisi, çevrənin qınağı, məsxərəsi, tənəsidir, ikincisi isə, ədalət müəssisəsinə güvənsizlikdir. Bəs onda bu iki mühüm amili düzəltmək necə olacaq? Çığırıram, bağırıram ki, ölkədə təhsildən kənarda heç bir uşaq qalmamalıdır, xüsusilə də qız uşaqlarına”.

F.Mustafa cəzaların sərtləşdirilməsinin bu cür halların qarşısını almayacağını söyləyib:

"Birinə, beşinə ən yüksək cəza verin, istəyirsinizsə, lap axtalayın, bu, sadəcə bir təsəllidir, heç bir ibrət tərəfi olmayacaq. Əslində 11 yaşlı uşaq bir cinsi terrorun qurbanıdır, artıq gələcəyi, gəncliyi, arzuları məhv edilib”.

Deputat onu da qeyd edib ki, bu məsələ geniş ictimai müzakirə olunmalıdır: "Hələ biz bilinənə bu cür acıyırıq, bilinməyən yüzlərlə qurbanın ahını eşitmirik. Bu məsələ geniş müzakirə olunmalıdır, parlamentin komitələrindən tutmuş, müvafiq dövlət komitəsində, məktəblərdə, məhəllələrdə, evlərdə müzakirə olunmalıdır. İnsanlar təhlükənin onun ocağına çatmasını gözləməməlidir. Ölkədə bir nəfər də olsun sahibsiz, diqqətdənkənar uşaq qalmamalıdır. Avropada uşağının üstünə çığıran valideynin əlindən dövlət uşağını altı ay, bir il alıb onu cəzalandırır ki, bir də uşağa qarşı şiddət, zorakılıq etməsin. Bu qədər reklam üçün formal qurumlar nəyimizə lazımdır? Əgər 11 yaşlı uşağı terrordan qoruyacaq mexanizm yoxdursa, inkişaf etmiş cəmiyyətdən danışmamız da içi boş sözlərdən başqa bir şey olmayacaq”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı