Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul edib.
YENISEHIFE.AZ "Report"a istinadən xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.