ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videobağlantı vasitəsilə görüş başlayıb.
YENISEHIFE.AZ xəbər verir ki, Putin Baydeni təbəssümlə salamlayıb, Bayden isə öz növbəsində Putini gördüyünə şad olduğunu bildirib və üz-üzə görüşə bilmədiyi üçün təəssüfləndiyini də əlavə edib.
Hər iki liderin bir çox mövzulara toxunacağı görüşdə əsas məsələ Rusiyanın Ukrayna aqresiyası, NATO-nun Avropanın Şərq istiqamətində sərhədlərini genişləndirməsindən Rusiyanın narazılıqları və təhlükəsizliklə bağlı olacaq.
Hazırda Bayden və Putinin təkbətək görüşü keçirilir.