Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.
YENISEHIFE.AZ xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.