Bakıda çoxmərtəbəli binada sakinlər üçün təhlükə aradan qaldırılıb.
yenisehife,az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən şüşədən ibarət üzlüyün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.