ABŞ Ukraynaya hücumun dəqiq vaxtını deyə bilməz
YENISEHIFE.AZ APA-ya istinadən xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Sallivan əlavə edib ki, Vaşinqton hücumun istənilən gün başlana biləcəyini gözləyir.
“Biz dəqiq tarixi qabaqcadan deyə bilmərik. Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər”, deyə Sallivan vurğulayıb.
Bununla belə, siyasətçi qeyd edib ki, Ukrayna ətrafında eskalasiya yaxın həftələrdə, Olimpiya oyunları bitənədək başlaya bilər.