Yeni Səhifə

Adina ,soyadina, ata adina layiq igid

Tarix:14-02-2022, 21:55 Baxış Sayı:89 Kateqoriya:Gündəm / Sosial

Adina  ,soyadina, ata adina layiq igid[thumb=left]http://yenisehife.


Müharibədən sonrakı dövrdə də ordu birliklərinin öz cavabdehlik sahələrində müstəqil fəaliyyət göstərə bilmələri üçün onların tərkibində komando hərbi hissələrinin yaradılmasına zərurət yarandı. Komando briqadasının yaradılmasını Azərbaycan üçün yenilik adlandıran dövlət başçısı ölkədə onların sayının çox olacağının proqnozunu da verib.
Komando hərbi hissələri, demək olar ki, xüsusi təyinatlı hərbi hissələrdir. Bu hərbi hissələr daha çox xüsusi relyef şəraitində fəaliyyət üçün faydalı hesab olunur. Bu hərbi hissələrdə xidmət edənlər əsasən xüsusi təlimlərdən və kurslardan keçərək müqavilə əsasında xidmət edən şəxslər olacaq.
Bu cür hərbi hissələrin yaradılması sadəcə adını qoymaqla bitmir, ən önəmlisi - onlar üçün təlimlər verə bilməkdir. Komando hərbi hissələri üçün təlimlər verəcək xüsusi hərbi məktəblər isə Türkiyədə mövcuddur və biz onların təcrübələrindən faydalanmaqdayıq. Hal-hazırda Azərbaycan ordusunun çox sayda hərbi qulluqçuları həmin komando məktəblərində təlimlərə cəlb olunurlar.
Hazırda kommando hərbi hissəsində xidmət edən, şanlı döyüş təcrübəsi ilə seçilən hərbi qulluqçulardan biri də Babək Qəhrəmanovdur. Karate üzrə 2 qat dünya çempionu olan Babək Qəhrəmanov Vətən müharibəsində şücaət göstərib. Üç dəfə yaralanmasına baxmayaraq, döyüşlər bitənə kimi əməliyyat taborunda xidmətini davam etdirib. Ölkə Prezidentinin sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallar ilə təltif olunub.

Arzu Nəsibova adlı feyzbuk istifadəçisi komment bölümündə yazmışdı: “Ada, soyada, ata adına bax! Bu qazimizin taleyinə qəhrəmanlıq yazılıbmış hələ ana bətnindən! Allah şəfasını versin!”
Musayev Mir Sahib: “Cox gözəl döyüşcü olmağı ilə yanaşı, həm də cox gözəl insandı. Bizim hərbi hissədə eyni ildə xidmət etmişik. Allah şəfa versin!”
Abu Safarov: “Allah şəfasını versin, Babək əsgər yoldaşım olub, bir taborda və bir bölükdə olmuşuq, ürəkli qardaşdı”.
Emin Xəlilov: “Babəki mən çoxdan tanıyıram, Babək ev şəraitində məşq edib dünya çempionu olan igidimizdir. Allah qorusun”.
İnanırıq ki, Babək Qəhrəmanov həm hərbidə, həm də idmanda qazandığı təcrübəni, qiymətli vərdişlərini gənclərimizlə səxavətlə bölüşəcək.

Sevil Həsənli

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı