Yeni Səhifə

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI

Tarix:1-03-2022, 19:57 Baxış Sayı:19 Kateqoriya:Gündəm

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu günə qədər baş verən silahlı qarşıdurmalarda 8 soydaşımız dünyasını dəyişib. Həlak olan azərbaycanlılar Ukraynanın müxtəlif şəhərlərində qurbanlara çevriliblər.

yenisehife.az Rusiya-Ukrayna müharibəsində vəfat edən azərbaycanlıların siyahısını təqdim edir:

1. Sabina Fərzəliyeva

2. Natalya Fərzəliyeva

3. Zaur Fərzəliyev

Hər üç şəxs azərbaycanlı ailənin üzvü olublar. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı rus ordusunun Xerson şəhərinə endirilən aviazərbələri nəticəsində dünyasını dəyişib. Qoşqarın qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q.Fərzəliyev həmin vaxt orada olmayıb.


Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI


4. Qoşqar Məmmədov

Rus-Ukrayna müharibəsində vəfat edən digər soydaşımız isə Qoşqar Məmmədovdur. O, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülüb. Qoşqar Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan yerlimiz mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb. Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qoşqar Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.



Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI


5. Nemət İsmayılov

6. Rəhim İsmayılov

7. Qalib İsmayılov

Soydaşlarımız Nemət İsmayılov, Rəhim İsmayılov və Qalib İsmayılov Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıblar. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Qalib İsmayılov dünyasını dəyişiblər.




Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI

8. Camal Salmanov

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar rusiyalı diversantların hücumuna məruz qalıblar. Onlar arasında soydaşımız Camal Salmanov da olub. Rusiyalı diversantlar onun olduğu avtomobilə atəş açıblar. Ağır yaralanan həmyerlimiz aparıldığı xəstəxanada dünyasını dəyişi




Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI



Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhərlərinə raketlərlə və qırıcı təyyarələrlə hücumu davam edir. Ukrayna xalqının, demək olar ki, böyük hissəsi ölkəni tərk edib, orada qalan vətəndaşlar isə qarajlara, yeraltı parkinqlərə, zirzəmilərə sığınıb. Bəziləri isə rusların atdığı raket zərbəsindən ya da silahlı hücumlarından güllə yarası alaraq vəfat edib. Əfsuslar olsun ki, onlar arasında azərbaycanlılar da var.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı