"Şuşa ili”nin ilk böyük tədbiri "Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.
YENISEHIFE.AZ xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında "Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022” beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli” ("4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".