Keçmiş Ukrayna gözəli model Anastasiya Lenna ordu sıralarına qatılıb.
BAKU.WS xəbər verir ki, o, əlinə silah götürərək rus ordusuna qarşı vuruşmaq qərarına gəlib. Anastasiya hərbi geyimdə fotolarını da yayımlayıb. Model sosial şəbəkə səhifəsində "Ukrayna sərhədini işğal etmək niyyəti ilə keçən hər kəs öldürüləcək!" sözlərini də yazıb.
Qeyd edək ki, Anastasiya Lenna 2015-ci ildə keçirilən "Miss Grand International" gözəllik yarışında Ukraynanı təmsil edib.