Qarabag Media

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

Tarix:29-05-2022, 22:33 Baxış Sayı:53 Kateqoriya:Gündəm / Cəmiyyət

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib


Mayın 27-də AMEA-nın Əsas binasında 28 May - Müstəqillik Günü münasibətilə Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib.

Akademiyanın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə baş tutan görüşdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, Azərbaycanın öz gücü hesabına tarixi ədaləti bərpa etdiyini bildirib. Qeyd edib ki, xalqımızın və ordumuzun Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşməsi Vətən müharibəsi dövründə qələbəmizi şərtləndirən başlıca amillərdən biri olub.

AMEA-nın elmi müəssisə və təşkilatlarının da Vətən müharibəsi dövründə həm ön, həm arxa, həm də informasiya cəbhəsində aktiv iştirak etdiyini deyən akademik Arif Həşimov Silahlı Qüvvələrimizə daim dəstək nümayiş etdirildiyini, alimlərimizin mətbuatda, beynəlxalq konfranslarda və sosial şəbəkələrdə erməni təbliğatına qarşı fəal mübarizə apardıqlarını diqqətə çatdırıb.

Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının daim diqqət mərkəzində olduğunu qeyd edən AMEA rəhbəri onlardan texniki sahədə çalışanların elmə yönləndirilməsinin vacibliyini, gələcəkdə doktoranturaya qəbul olunanların müəyyən qayğı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqı Vətən müharibəsində öz tarixi torpaqları uğrunda mübarizə aparırdı və bu, ədalət uğrunda aparılan müharibə idi: “Ordumuz və xalqımız Ali Baş Komandanın ətrafında birləşərək ədaləti bərpa etmək uğrunda döyüşürdü və ona görə də “Dəmir yumruq” bu müharibənin simvoluna çevrildi. Vətən müharibəsi, həmçinin müasir müharibə aparmağın bir nümunəsi idi. Azərbaycanın apardığı müharibə ən müasir texnologiya əsasında qurulmuş müharibə idi. Cənab Prezident ötən illər ərzində daim ordumuzun müasir texnika ilə təmin edilməsinə və onu idarə edə biləcək yeni nəslin yetişdirilməsi məsələsinə diqqətlə yanaşırdı. Şübhəsiz ki, Azərbaycan Prezidentinin apardığı ideoloji mübarizə də önəmli idi. Ölkə başçısının xarici mediaya verdiyi müsahibələrdə meydana qoyduğu aydın, qəti, kamil ideoloji mövqe bu müharibənin dünya miqyasında dərk olunmasına, obyektiv şərh edilməsinə və qələbə ilə başa çatmasına kömək etdi. Həm ideoloji cəbhədə gedən müharibə, həm döyüş cəbhəsində gedən müharibə, həm də arxa cəbhədə yekdillik bir-birini tamamladı. Bu, bizim qələbəmizin düsturudur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri və İlham Əliyev kimi lideri var. Buna görə də İlham Əliyevin adı Azərbaycan tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazıldı”.

Daha sonra çıxış edən Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov bildirib ki, rəhbərlik etdiyi təşkilat Vətən müharibəsi dövründə aktiv olub, ordumuza ianələr edib və müxtəlif zəruri ləvazimatlar göndərib. Həmçinin həmin müddətdə Vətən müharibəsində iştirak etmiş AMEA əməkdaşlarının ailə üzvlərinə daim diqqət və qayğı göstərildiyini vurğulayıb.

Akademiyanın Vətən müharibəsində 24 əməkdaşının iştirak etdiyini və onların ölkə başçısının müvafiq sərəncamları ilə ordenlərlə təltif olunduqlarını deyən professor Habil Qurbanov Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Manaf Bəhmənli və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Bağırzadənin şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırıb. O cümlədən Vətən müharibəsindən sonra bir neçə qazinin Akademiyanın təşkilatlarında işə götürüldüklərini söyləyib.

Görüşdə, həmçinin AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə Seysmik Stansiyasının müdiri Gəray Əsədov, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi Ruslan Məmmədov çıxış edərək döyüş təəssüratlarını bölüşüb, ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə çıxışında 44 günlük Vətən müharibəsi ilə xalqımızın qürurunun bərpa edildiyini və başımızın ucaldıldığını, müharibə iştirakçılarının hər birinin gələcək nəsillərə nümunə olduğunu söyləyib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Sonda AMEA-nın Əsas binasında Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşlarına həsr olunan xatirə guşəsinin açılışı baş tutu



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib





SON XƏBƏRLƏR
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Şahbaz Şərif Laçında İlham Əliyevlə görüşündən yazdı
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Prezidentə təbriklər gəlməkdə davam edir
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
Qurbanlıq heyvanların satış məntəqələri - Siyahı
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?
BİR XALQIN ÜMİD İŞIĞI ,BİR DÖVLƏTİN DAYAĞI ; Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri , Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi -- Əhməd Cuma oglu Əhmədzadə
heydər əliyev siyasəti gələcəyin təminatidir --FUAD HACIYEV AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADRMİYASINİN DƏYƏRIİİ REKTORU VƏ İDMAN SAHƏSİNDƏKİ LİDER FƏALIYYƏTLƏRİ
Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub
Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır
İlham Əliyev sərəncam imzaladı
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər