Yeni Səhifə

GENERAL RAMİZ ZEYNALOV VƏ YOL POLİSLƏRİ PEŞƏ BAYRAMLARINI ALNIAÇIQ, ÜZÜAĞ QEYD EDİRLƏR

Tarix:1-07-2022, 21:20 Baxış Sayı:61 Kateqoriya:Gündəm / Cəmiyyət

GENERAL RAMİZ ZEYNALOV VƏ YOL POLİSLƏRİ PEŞƏ BAYRAMLARINI ALNIAÇIQ, ÜZÜAĞ QEYD EDİRLƏR




Bu gün Azərbaycan polisi öz tarixini çox gözəl bilir və 2 iyul – Peşə bayramını böyük coşqu ilə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.
İlk müstəqil polisimiz dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasında Azərbaycan ordusu ilə erməni-daşnak, gürcü-menşevik, rus-şovinist birləşmələrinin və bolşeviklərin milli dövlətçiliyimiz əleyhinə yönəlmiş qəsbkarlığına və təcavüzkarlığına qarşı mübarizədə də iştirak ediblər.
Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini bərpa edəndən sonra məhz Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda milli polis formalaşıb, dövlətçiliyimizin dayaqlarından biri kimi çevik quruma çevrilib, möhtərəm Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polis öz peşəkarlığını durmadan artırıb, vətəndaşların rahatlığı üçün bütün qüvvələrini səfərbər edib, ölkəmizdə təhlükəsizliyin, sabitliyin, asayişin qorunmasının etibarlı təminatçısına çevrilib.
Azərbaycan Polisinin Cümhuriyyət dövrünün araşdırılıb üzə çıxarılmasını Ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev daxili işlər nazirinə həvalə etmişdi. Daxili işlər nazirinin göstərişi ilə yaradılmış xüsusi tədqiqat komissyasının arxivlərdəki axtarışları və təqdim etdiyi arayış əsasında, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsində və Daxili İşlər Nazirliyinin Kollegiyasında aparılan geniş müzakirələrdən və onların əsasında möhtərəm Prezidentə təqdim olunan arayış üzrə hüquqi əsas kimi nəhayət, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Azərbaycan Polisi Gününün təsis edilməsi haqqında” 24 may 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı çıxdı. Fərmanda deyilirdi: “1. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycam Polisi günü elan edilsin. 2. Azərbaycan Respublikası prezidentinin 1992-ci il 6 iyun tarixli 830 nömrəli fərmanının 5- ci bəndi qüvədən düşmüş hesab edilsin”. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 may 1998-ci il.
Beləliklə, həmin tarixdən “2 İyul” Azərbaycan Polisi Günü kimi qüvvəyə mindi. 1998-ci il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sisteminin şəxsi heyətini Azərbaycan Polisinin yaranmasının 80 illiyi münasibətilə təbrik etdi. 1998-ci il iyulun 2-də Azərbaycan Polisinin 80 illiyi respublika səviyyəsində ilk dəfə təntənəli surətdə keçirildi. İyulun 2-də ölkə Prezidenti Heydər Əliyev yubiley tədbiri münasibətilə Azərbaycan Opera və Balet Teatrında keçirilən təntənəli iclasda iştirak edərək “Vətənimizə, xalqımıza, müstəqil dövlətimizə daim sədaqətlə xidmət etməli” adlı geniş nitq söylədi və tövsiyələrini verdi.
1999-cu il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdə “Polis haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” imzaladığı qanunlar qəbul edildi və polisin gələcək fəaliyyəti üçün yeni hüquqi əsas oldu. 2001-ci il iyunun 30-da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnamə və strukturunun təsdiq esdilməsi haqqında “ Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı çıxdı.
2006-cı il iyunun 12-də müasir Azərbaycanın qurucusu, ulu öndər, ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasətinin layiqli davamçısı, Azərbaycan Daxili İşlər Orqanlarına, Azərbaycan Polisinə daim qayğı göstərən və onların şərəfli əməyini daim qiymətləndirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərman verdi. 2008-ci il iyulun 2-də Azərbaycan Polisi özünün 90, 2018-ci ilin eyni təqvim günündə isə 100 illik yubileyini böyük təntənə ilə qeyd emişdir.
Həm Birinci Qarabağ müharibəsində, həm 44 günlük Vətən müharibəsində canından, qanından keçərək ölkəmizin ərazi hüdudlarının qorunması və bərpası işinə əhəmiyyətli töhfələr verən Azərbaycan Polisi bu gün də Daxili İşlər naziri, çox hörmətli general Vilayət Eyvazovun rəhbərliyi altında dövlət müstəqilliyimizin, suverenliyimizin qorunmasında, möhkəmləndirilməsində və daha da inkişaf etdirilməsində, qüdrətlənməsində və zənginləşdirilməsində, ən başlıcası, bilavasitə ictimai-asayişin, sabitliyin mühafizə olunmasında və cinayətkarlıqla mübarizədə önəmli rol oynamaqdadır.
Polisin əhəmiyyətli struktur vahidlərindən sayılan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi də üzərinə düşən - yol hərəkətini tənzimləmək; yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə gərəkən tədbirləri həyata keçirmək, ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək; yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə təmir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək; inzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.
BDYPİ-nin rəisi general Ramiz Zeynalov öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışıb. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edib, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edib. Daim nəzərə alıb ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Cənab general Ramiz Zeynalov əməkdaşlardan tələb edir ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. İdarə rəisi başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirirlər. Bu gün yol polisi vətəndaşlarla söhbət zamanı təmkinlidir, mübahisələrə girmir, soyuqqanlılığını itirmir, kobudluğa kobudluqla cavab vermir. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olmasını xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edir. Əgər kimsə narazıdırsa, ona hüquqlarını və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edilməsi qaydasını izah edir, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif edir.
Çox hörmətli generallarımızı - cənab nazir Vilayət Eyvazovu, idarə rəisi Ramiz Zeynalovu və onların timsalında Azərbaycan Polisini 2 iyul – Polis İşçisi Günü münasibətilə təbrik edir, onlara həyatda və xidməti fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən asayiş keşikçilərimiz bundan sonra da daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.




BAS REDAKTOR-- lurnalist; Sevil Mikayılqızı














































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı