Yeni Səhifə

“Bu günü qürur hissi ilə qələmə alıram, nə xoş mənə…Xidmətiniz olduqca qürurvericidir, AZƏRBAYCAN POLİSİ!!!”-Jurnalist Aybəniz ABDULOVA

Tarix:2-07-2022, 12:39 Baxış Sayı:24 Kateqoriya:Gündəm / Cəmiyyət

“Bu günü qürur hissi ilə qələmə alıram, nə xoş mənə…Xidmətiniz olduqca qürurvericidir, AZƏRBAYCAN POLİSİ!!!”-Jurnalist Aybəniz ABDULOVA


Hər il 2 iyul tarixinin Azərbaycanda Polis günü kimi qeyd edilməsi Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazovun bu müqəddəs peşəyə verdiyi dəyərin təzahürüdür.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə 2 iyul tarixi Respublikamızda “Polisi Günü” peşə bayramı kimi qeyd edilir. Artıq ölkəmizdə Polis orqanlarının yaradılmasından 104 il ötür.

Bu böyük tarixi illərdə yarandığı gündən bu günə kimi, Azərbaycanda həyatını çətin, şərəfli peşəyə həsr etmiş və etməkdə əməyi olan polislərimiz bu gün peşə bayramlarını həm ailə daxilində, həm də iş kollektivlərində yüksək əhval-ruhiyyə və sevinc, fərəx hissi ilə qeyd edirlər.

Yenə əlimdə qələm, qarşımda vərəq yazıram. Mən Azərbaycan Polisindən yazıram…

Bəli, bir media işçisi olaraq bu günü qürur hissi ilə qələmə alıram, nə xoş mənə…

Doğulduğum Bakı şəhərində illərdir ki, Ölkəmin təhlükəsizliyi naminə dövlətinə sədaqətlə, ləyaqətlə və ən əsası vicdanla xidmət edən və bundan sonra da edəcək xalqımın dayağı üçün güvənli Polis Ordum var!

Statistikaya nəzər salsaq görərik ki, digər ölkələrlə müqayisədə Azərbaycan dövləti məhz, Polisin sayəsində bu gün ən təhlükəsiz şəhərlərdən biridir. Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan Polisi hər gün, hər dəqiqə istirahət etmədən cinayətkarlığa qarşı sərt mübarizə aparır. Vətəndaşlarımızın təhlükəsizliyi üçün hər an yarana biləcək təhlükələrdən ayıq-sayıq qoruyur.

Araşdırmaçı jurnalist olaraq çox təəssüf hissi ilə qeyd etməyə məcburam ki, son zamanlar ölkəmizdə polislərin vətəndaşlar tərəfindən soyuqqanlı münasibətə, kobud rəftara məruz qaldığı halların canlı şahidi olduq. Belə ki, kimisi qanunu pozduğu halda, Polisin: “Vətəndaş qanuna tabe ol!”- kimi əmrinə məhəl qoymadığını, əksinə polisin üstünə hücum çəkib, jiletini cırdığını, işgüzar nüfuzuna xələl gətirici ifadələr işlətdiyini eşitdik.

Ən kövrəldici məqam isə mən deyərdim ki, polislərimizin cinayət hadisələrin qarşısını alarkən deyil, son günlərdə xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində bəzilərinin xəsarət, əksəriyyətinin isə həyatlarını itirdikləri olub. Amma buna baxmayaraq Polis sıralarında xidmətdə fərqlənən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Milli Qəhrəman” adına layiq görülmüş orden və medallarla təltif edilmiş Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları vardır.

Bu günü qürur hissi ilə qeyd edə bilərəm ki, Azərbaycan torpağının bütövlüyünü 44 Günlük müharibədə erməni faşizimindən qoruyarkən düşmənlə çiyin-çiyinə vuruşaraq gözlərini bir an belə qırpmadan həyatlarını təhlükəyə ataraq öz xidməti vəzifələrini cəsarətlə, vicdanla fədakarcasına yerinə yetirərkən xidməti öz həyat amallarına çevirən Polislər sırasında şəhidlik məqamına qovuşanlar da var. Onların adı ölkəmizdə ehtiramla yad edilir.

Bu gün Azərbaycanda işğal olunmuş torpaqlarımızın alınmasında rəşadət göstərən peşəkar Polis heyətinin olması bir jurnalist kimi mənə qürurvericidir. Bəli, xidmətiniz olduqca qürurvericidir, Azərbaycan polisi!

Fəxr edirəm Ölkəmin Polisi ilə! Ona görə ki, dövlətimiz Polislərin sayəsində qorunur və inkişaf edir. Bu, məni bir jurnalist olaraq daha çox sevindirir.

Polis peşəsi çətin olduğu qədərdə şərəflidir. Çiyinlərdə paqon daşımaq Polislərimizin ən başlıca vəzifələrindən biridir. Yaxınlarına, sevdiklərinə vaxt ayıra bilmir. Dostları toyda, nişanda vaxt keçirəndə, Polislərimiz isə bayram etmədən gecə-gündüz ictimai asayişi layiqincə qoruyur.

Düşünürəm ki, Siz xidmətdə olmasanız, bəlkə də mən əlimə qələm alıb Sizə bu gün haqda rahat və əhatəli “Xoş Təbrik” yaza bilməzdim…

Əziz və dəyərli Polislərimiz!

İlk öncə başda Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənabları olmaqla, Azərbaycan Polisinin yaradılmasının 104-cü ildönümü münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirəm. Hər birinizə sağlam uzun ömür, xoşbəxtlik və şərəfli peşə xidmətinizdə uğurlar arzulayıram!

44 Günlük müharibədə Vətən, torpaq uğrunda canlarından keçmiş igid, mərd və qorxmaz Polislərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm!

“Azərbaycan Jurnalistər Birliyinin üzvü”,

yazar, araşdırmaçı jurnalist Aybəniz ABDULOVA.






















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı