Yeni Səhifə

Özəl səhiyyəmizi avanqard kimi təmsil edən Bioloji Təbabət Klinikası beynəlxalq aləmdə daha bir uğura imza atdı

Tarix:15-07-2022, 14:44 Baxış Sayı:119 Kateqoriya:Gündəm / Səhiyyə

Özəl səhiyyəmizi avanqard kimi təmsil edən Bioloji Təbabət Klinikası beynəlxalq aləmdə daha bir uğura imza atdı


Özəl səhiyyəmizi avanqard kimi təmsil edən Bioloji Təbabət Klinikası beynəlxalq aləmdə daha bir uğura imza atdı.

Ötən ay Azərbaycanın özəl səhiyyəsi beynəlxalq aləmdə möhtəşəm uğura imza atmışdır. Bioloji Təbabət Klinikasının direktoru Yaqubov Elxan Ənvər oğlu “Azərbaycanda tibb sahəsində innovativ müalicə üsullarının tətbiqinə görə” Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Döş Nişanı” ilə təltif olunmuşdur.
Elm aləminin mötəbər qurumlarından olan Beynəlxalq Elmlər Akademiyası 1980-ci ildə iki dəfə Nobel mükafatı laureatı, kimyaçı – alim Laynus Polinq tərəfindən təşkil edilmişdir. Beynəlxalq Elmlər Akademiyası (qərargahı Avstriyanın İnsbruk şəhərində) dünyanın görkəmli alimlərini, elm, siyasi və ictimai xadimlərini birləşdirir. Onların arasında 119 Nobel mükafatı laureatı olmaqla 1500-dən çox akademik, həmçinin, dünyanın 81 Milli Elmlər Aklademiyasının üzvləri vardır. Müxtəlif ölkələrin 40-dan çox universiteti və bir çox elmi-tədqiqat institutları akademiyanın üzvüdür.
Dünyanın ən böyük elmi təşkilatlarından olan Beynəlxalq Elmlər Akademiyasının yaranmasının məqsədi – XXI əsrdə problemlərin səmərəli həllinə yönəlmiş fundamental, tətbiqi və transdissiplinar tədqiqatlarda proqress və innovativ elmi inkişafdır. Belə ki, hazırda bəşəriyyət qarşısında duran müasir qlobal problemlərin (insan sağlamlığının, mənəvi və mədəni dəyərlərin qorunması, ekologiya, kosmos və dünya okeanı problemi və s.) həllində müxtəlif ölkə alimlərinin birləşməsi zərurəti artıq qaçılmazdır. Akademiyanın əsas vəzifələri:
- Yeni beynəlxalq, transdissiplinar və fənlərarası metodların inkişafı;
- Elmi tədqiqatların səmərəliliyinin artırılması (elmin təşkilinin təkmilləşdirilməsi);
- Elmdə humanist metodlara dəstək;
- İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında elmi əməkdaşlıq;
- Mühüm qərarların qəbul edilməsində və elmi tədqiqatların dəstəklənməsində elm adamalrı və siyasətçilər arasında əməkdaşlıq;
- Fəlsəfi və etik fənlərin elmə inteqrasiyası;
- Elmin rolu və gələcək inkişaf haqqında ictimai-elmi və siyasi müzakirələrin təşviqi;
- Elmi, ictimai və siyasi məqsdələrin optimal inteqrasiyasının dəstəklənməsi.

Akademiyanın üzvləri Milli bölmələr tərəfindən fundamental və tətbiqi tədqiqatlardakı görkəmli nailiyyətlərinə görə seçilir.
Akademiyanın Milli bölmələri Albaniya, Avstriya, Azərbaycan, Braziliya, Bolqarıstan, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ, Lüksemburq, Rusiya, Slovakiya, Yunanıstan, Hindistanda fəaliyyət göstərir. Akademiyanın müxtəlif komitələri ((Humanitar, Texniki...) vardır, sağlamlıq və ətraf mühitin müdafiəsində duran “Sağlamlıq və ekologiya” komitəsinə akademik Valter Kofler (Avstriya) başçılıq edir.
BEA-nın “Qızıl Döş Nişanı”nı Elxan Yaqubova BEA prezidenti Valter Kofler təqdim etmişdir.
Çox hörmətli Elxan Yaqubovu və rəhbərlik etdiyi Bioloji Təbabət Klinikası kollektivini qazandıqları bu böyük nailiyyətə görə təbrik edirik. İnanırıq ki, beynəlxalq elm ictimaiyyətinin verdiyi bu yüksək qiymət onlara daha səylə çalışmaları üçün stimul verəcək.


Özəl səhiyyəmizi avanqard kimi təmsil edən Bioloji Təbabət Klinikası beynəlxalq aləmdə daha bir uğura imza atdı


İyunun 18 də Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assamblemyasında BEA AB -nin yaradılmasının 20 illiyi münasibətilə yubiley iclası keçirilmisdir.

İclasda BEA-nın prezidenti Akademik Prof.Dr.Valter Kofler geniş məruzə ilə cıxış edib. BEA Azərbaycan Bölməsinin Fəxri Prezdenti Akademik, Prof.Dr, Ziyad Səmədzadə giriş sözü ilə cıxış etmiş , BEA Azərbaycan Bölməsinin Prezdenti, Akademik prof.Dr. Elçin Xelilov hesabat vermis , BEA AB-nin Yubiley kitabı olan "Beynəlxalq Elmlər Akademiyası. Azərbaycan Bölməsi; 20 - il" və BEA AB -nin 20-illiyinə həsr olunmuş -"Sərhədsiz Elm. Elmi məruzələr" kitabının təqdimat mərasimi kecirilmisdir. BEA AB -nin strukturunda "Təbabət və Əczaçılıq üzrə İnnovasiya Mərkəzi " yaradılmışdır.
Sonra BEA AB -nin yeni həqiqi müxbir üzvləri seşilmiş, elmin innovativ texnologiyaların inkişafına töhvə verən təşkilatlara, BEA AB -nin seçilmiş akademiklərinə və müxbir üzvlərinə diplomlar və "Qızıl döş nisanları" akad. Prof.Dr.Valter Kofler tərəfidən təqdim edilmisdir.


-Azərbaycanda İnteqrativ tibbin və təhsilin inkişafına, tibb sahəsində İnnovativ Müalicə Üsullarının tətbiqinə gorə Bioloji Təbabət Klinikasının Baş direktoru Yaqubov Elxan Ənvər oglu BEA AB-nin ən nüfuzlu medalı olan Qızıl döş nişanı ilə təltif olnmuşdur.
42 illik fəaliyyəti dövründə dünyada və 20 il ərzində ölkəmizdə BEA-nın bir çox üzvü Akademiyanın diplom və medalına layiq görülmüşdür. Artıq bu sırada Azərbaycan özəl səhiyyə sisteminin nümayəndələrinin də yer tutması Azərbaycanda İnreqrativ Tibbin ugurlu inkişafının, əldə etdiyi böyük nailiyyətlərin aydın göstəricisidir.

























hazirlad;: SEVIL MIKAYILQIZI












SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı