Yeni Səhifə

ADAU ilin ikinci yarısına növbəti uğurlarla başlayıb

Tarix:21-07-2022, 09:11 Baxış Sayı:64 Kateqoriya:Gündəm / Təhsil / Mədəniyyət

ADAU ilin ikinci yarısına növbəti uğurlarla başlayıb



Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2022-ci ilin ikinci yarımilliyinə növbəti uğurlarla başlayıb. Belə ki, ADAU və Ege Universitetinin (EU) birgə layihəsi “VILLAGE” Avropa müsabiqəsində qrant əldə edib.

Adları çəkilən inuversitetlər arasında həyata keçirilən beynəlxalq ikili diplom layihəsi çərçivəsində hərtərəfli əməkdaşlıq münasibətləri inkişaf edir. Birgə fəaliyyət istiqamətlərindən biri də elmi-tədqiqat və beynəlxalq qrant müsabiqələrində iştirakdır. Belə müsabiqələrdən biri də Avropa Komissiyasının həyata keçirdiyi “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramıdır. Ege Universitetinin icraçı olduğu VILLAGE (Virtual Innovative Learning Laboratories for Global Engineering Education) – (Qlobal Mühəndislik Təhsili üçün Virtual İnnovativ Tədris Laboratoriyaları) qeyd olunan müsabiqədə qrant əldə edib. Layihə Ege Universitetinin “MSCA Mübadilə Proqramı (Kadr mübadiləsi) çərçivəsində maliyyələşəcək ilk layihəsidir və universitetin beynəlxalq inteqrasiya hədəfinə çatmaq istiqamətində atılmış mühüm addımı hesab olunur.

Layihə mühəndislik ixtisası üzrə fənn tədris edən müəllim və tələbələrin pandemiyadan sonrakı təhsil proseslərini və laboratoriya ehtiyaclarını multidisiplinar, çoxölçülü mədəni kontekstdə yenidən nəzərdən keçirməyi və tələblərə uyğun olaraq yeni tədris modelləri üçün yol xəritələrini müəyyənləşdirməyi hədəfləyir. Bu istiqamətdə təklif olunan modeli sınaqdan keçirmək üçün pilot virtual laboratoriya və təlim materialları hazırlanması və bununla da layihə çərçivəsində effektiv və davamlı tədris modelləri yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyənin əsas icrası olduğu layihənin digər tərəfdaşları Azərbaycan, Yunanıstan, İspaniya, Danimarka, İrlandiya, Sloveniya, Malta və Latviyanın müvafiq ali təhsil və sənaye müəssisələridir.
Ölkəmizdə kənd təsərrüfatı mütəxəssisləri hazırlayan əsas ali təhsil ocağı Azərbaycan Dövlət Aqrar Universitetinin uğurlarının əhəmiyyətli hissəsi 25 iyul 2013-cü il tarixdən bu ali təhsil ocağına rəhbərlik edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun səmərəli, peşəkar idarəçilik fəaliyyəti ilə bağlıdır. ADAU-da bu gün aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələri fəaliyyət göstərir, 37 kafedrada 550 nəfərdən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas növü mövcuddur. Tədris 6 ixtisasda ingilis dilində, 10 ixtisasda rus dilində, 14 ixtisas üzrə mütəxəssis hazırlığı isə, yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Bundan əlavə, bu ali təhsil ocağı magistr hazırlığı mərkəzini də özündə birləşdirir və hal-hazırda 6 min nəfərdən çox tələbə - gənclərə əyani və qiyabi təhsil formalarında azərbaycan, rus və ingilis dillərində təhsil verilir. Qeyd edək ki, müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, əsaslı kitabxana və s. məhz hər bir tələbənin burada yüksək keyfiyyətli ali təhsil almalarına lazımi imkanlar yaradır. Bundan əlavə, Universitetin idman zalının yüksək səviyyədə təmir edilməsi, lazımi avadanlıqlarla təchiz olunması və s. hər kəsin idmanla məşğul olmaq istəyini daha da artırır. Əldə etdiyimiz məlumatlara görə, ADAU fəaliyyətə başladığı vaxtlardan bugünə kimi müxtəlif xalqlardan olan 70 minə yaxın yüksək ixtisaslı mütəxəssislər hazırlamışdır və hal-hazırda dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə sıx əməkdaşlıq əlaqələri var. Universitetdə müasir əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis hazırlığını həyata keçirmək üçün hər cür zəngin maddi-texniki baza mövcuddur və bu təhsil ocağının rəhbərliyinin əsas hədəfi, məhz mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaqdır, tələbə sayını əhəmiyyətli dərəcədə artırmaqdır, beynəlxalq əlaqələri mümkün qədər genişləndirməkdir, ən əsası ADAU –nu daha yüksək reytinqli ali təhsil müəssisələri sırasına daxil etməkdir.


Sevil Mikayılqızı






















































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı