Yeni Səhifə

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür etdi

Tarix:5-08-2022, 22:46 Baxış Sayı:24 Kateqoriya:Gündəm / Dünya

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür etdi


Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.


"Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, - Rusiyanın dövlət başçısı deyib.

O, Türkiyə Prezidentinin və BMT-nin Baş katibi Antoniu Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə vurğulayıb.

Onun sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi.

V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: "Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm”.






















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı