Yeni Səhifə

Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?

Tarix:8-08-2022, 20:49 Baxış Sayı:24 Kateqoriya:Gündəm / İqtisadiyyat

Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?



Ötən ay ölkəyə gələn turistlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən yenisehife.az -ə verilən məlumata görə, iyulda Azərbaycana 193 416 əcnəbi səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 faiz çoxdur. Belə ki, ötən ilin iyulunda ölkəyə 83 656 xarici turist gəlib.

Bu ilin yanvar-iyul ayları ərzində isə ölkəyə 832 186 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 128 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 7 ayında ölkəyə 365 473 xarici turist səfər etmişdi.

Ən çox turist isə Rusiya (60,2 min), Səudiyyə Ərəbistanı (26,9 min), Türkiyə (22,6 min), İran (13,5 min) və Pakistandan (7,3 min) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 31,1, Yaxın Şərq üzrə 25,4, Asiya ölkələri üzrə 12,4, Avropa üzrə 7,2, İran üzrə 7, digər ölkələr üzrə isə 1,7 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 46 faiz azdır. Belə ki, 2019-cu ilin iyulunda ölkəyə 365 153 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar iyul aylarında isə gələnlərin sayı (1 774 877) bu ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çox olub.













SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı