"Laçın şəhəri işğaldan azad edilmiş digər torpaqlar kimi dirçələcək".
YENISEHIFE.AZ xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtması ilə bağlı tviterdə etdiyi paylaşımında bildirib:
"Bütün azərbaycanlıları Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtmaları münasibətilə təbrik edirəm. Laçın indi Azərbaycanın nəzarətindədir, 1992-ci ildən zorla qovulmuş şəhər sakinləri öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, şəhər də işğaldan azad edilmiş digər torpaqlar kimi dirçələcək".