Yeni Səhifə

Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir

Tarix:27-09-2022, 11:12 Baxış Sayı:21 Kateqoriya:Gündəm

Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir


27 sentyabr Azərbaycanda Anım Günüdür.

“Ölkəmizin Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Bu münasibətlə Gəncə Şəhər icra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Cəfər oğlu Qasımov başda olmaqla, idarənin bir qrup əməkdaşları tərəfindən “Gəncə Şəhidlər Xiyabanında dəfn olunan” şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Əlamdar İbrahimov şəhidlərin ailələrinə baş sağlığı verərək xatırladıb ki:

“Əziz həmvətənlər! Sentyabr 27-də erməni Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində hərbi mövqe və yaşayış məntəqlərimizi müxtəlif növ iriçaplı silahlardan müntəzəm olaraq atəşə tutdu. Azərbaycan ordusu bu təxribatın qarşısını aldı, onlara layiqli cavab verdi, torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.

2020-ci ilin oktyabr ayında isə Azərbaycanın ikinci böyük şəhəri Gəncə Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket və ağır artilleriya hücumuna məruz qaldı. Belə ki, erməni təcavüzkarları çoxmənzilli yaşayış binaların günahsız mülki insanlarını hədəfə almaqla, burada müharibə cinayətləri törətmişdirlər.

Nəticədə düşmənin təxribatının qarşısını alarkən Qarabağ torpaqlarımızın azadlığı uğrunda canından keçən neçə-neçə Mübarizlər, Poladlar kimi qəhrəman igid oğullarımız şəhid olub Şəhidlik məqamına ucaldı.

Şəhidlik tariximizi qanları ilə yazan oğulların hər biri canımızın bir parçası, ürəyimizin sönməz odudurlar. Bu cahan durduqca, Azərbaycan müstəqil yaşadıqca, Şəhidlərimiz də, əbədi yaşayacaq!

Qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi qələbə ilə başa vurdu.

Bəli, 30 illik Vətən həsrətində olan Qarabağ torpaqlarımızın işğaldan azad olması tarixi hadisədir.

İllərdir ki, həsrətində olduğumuz torpaqlara qayıtmaq arzusu, xəyalı ilə yaşamaq… “Vətən” deyə-deyə bir gözümüzlə gülsək də, bir gözümüzlə hər zaman ağlamaq…

Biz fəxr edirik ki, düşmən üzərində qələbənin qazanılmasında əhəmiyyətli dərəcədə rolu olan Azərbaycanın Milli Ordusu var. Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bəli ordumuzun əsgər və zabitlərinin əzmkarlığı, igidliyi, rəşadəti nəticəsində tarixi qələbəyə nail olduq.

Qələbə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu.

Bu bir faktdır ki, əldə etdiyimiz şanlı qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində qazanıldı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün qürur hissi ilə yaşayır.

Əlbəttəə, qazandığımız bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri qələbə ilə sevindirən Azərbaycan Ordusunun hərbiçilərinə, vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarına, şəhidlərinə bir ömür boyu minnətdar olacağıq.

Bu gün hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır”- deyir.

Bir daha tarixi Zəfərimiz və Şanlı Qələbəmiz mübarək olsun! Yaşasın qalib Azərbaycan Prezidenti və Müzəffər Azərbaycan Ordusu!”

Ələmdar Murquz oğlu İbrahimov
Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri




Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir


Təqdim etdi:

Aybəniz Abdulova,
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü,
Yazar, araşdırmaçı-jurnalist.























SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı