Yeni Səhifə

“Artıq Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanın daxili işi sayır” - RƏY

Tarix:8-10-2022, 23:30 Baxış Sayı:33 Kateqoriya:Gündəm / Dünya

“Artıq Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanın daxili işi sayır” - RƏY

“Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən dördtərəfli görüş əslində postmüharibə reallığının Ermənistan və dünya birliyi tərəfindən, nəhayət, rəsmi qəbul edilməsi prosesinin başa çatdırılması kimi qiymətləndirilməlidir. Bu, strateji diplomatiyamızın mühüm nailiyyətlərindən biridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, rəsmi İrəvan Brüssel formatının onlar üçün daha doğma olduğuna inanırdı:

“Bu formata Fransanın təsir imkanları daha çoxdur. Onlar elə bilirdilər, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fransız olması əlavə üstünlük yaradacaq. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdaşlarına böyük vədlər verərək Brüssel formatının bir qədər genişləndirilmiş formatı hesab olunan Praqa görüşünə getmişdi. Ancaq ortaya çıxan Praqa bəyanatı onların ümidlərini doğrultmadı. Çünki nəticə etibarı ilə bu bəyanat Azərbaycanın irəli sürdüyü beş baza prinsipinin qəbul edilməsi idi. Sənəddə beynəlxalq hüququn iki mühüm prinsipi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsas götürülüb. Hər iki ölkə bu prinsipləri qəbul edib”.
“Artıq Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanın daxili işi sayır” - RƏY


H.Babaoğlunun fikrincə, beləliklə, həm də həmin ərazilərdə dövlətlərin ali iradəsi qəbul edilib:

“Yəni Ermənistan Qarabağda Azərbaycanın ali hüquqlarını qəbul edir və orada yaşayan ermənilərin təhlükəsizlik və hüquq məsələsini Azərbaycanın daxili işi hesab edir. Yəni Ermənistan, nəhayət, Praqada bizim daxili işlərimizə qarışmaqdan əl çəkdi. Şübhəsiz ki, bu əsas məsələ növbəti sülh addımlarının da önünü açmış olur. Razılaşmaya əsasən, artıq sərhədlərin delimitasiyası və kommunikasiyalar üzrə işçi qrup öz fəaliyyətini bərpa etməklə sülh prosesində aktiv fazaya qədəm qoyacaq. Bu isə mümkün sülhü daha da tezləşdirə bilər”.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.
















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı