Qarabag Media

ŞƏHİDİ OLMAYAN XALQ TORPAQ MƏHƏBBƏTİNDƏN, YURD SEVGİSINDƏN MƏHRUM XALQDIR

Tarix:19-10-2022, 10:06 Baxış Sayı:63 Kateqoriya:Gündəm / Cəmiyyət / Hadisə / Təhsil

ŞƏHİDİ OLMAYAN XALQ TORPAQ MƏHƏBBƏTİNDƏN, YURD SEVGİSINDƏN MƏHRUM XALQDIR



ŞƏHİDİ OLMAYAN XALQ TORPAQ MƏHƏBBƏTİNDƏN, YURD SEVGİSINDƏN MƏHRUM XALQDIR


Azərbaycan xalqı, bütün dünya azərbaycanlılar, eləcə də xalqımızın dostları, başda qardaş Türkiyə olmaqla, Türk Dünyası Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin 2 yaşını qeyd etməkdədir. 2020-ci il sentyabrın 27-dən başlayaraq ta ki, noyabrın 10-a kimi döyüşlərin demək olar hər günü hansısa şəhər, rayon və kəndlərimizin düşmən işğalından azad olunması ilə əlamətdar oldu.
Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu.
Möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik, qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik edən ölkə başçımız, eyni zamanda informasiya müharibəsində də sarsılmaz iradə göstərib xarici ölkələrin televiziya kanallarına, xəbər agentliklərinə dərin məzmunlu müsahibələr verərək Azərbaycan xalqının sülhsevər, sülhməramlı olduğunu bütün dünyaya bəyan etdi.
Ermənilərin törətdiyi sonrakı təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil, can verməkdə olan erməni faşizminin son çırpıntılarıdır. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdürlər. Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti tərəfindən yönləndirilən təxribatçı erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və bu hərəkətlər davam etməkdədir. Azərbaycanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini nümayiş etdirir.
Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub. 5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları Poladın məzarını ziyarət edərək önünə əklil qoyublar, ruhuna uca Allahdan rəhmət diləyiblər.
Gerçəkdən də şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum xalqdır. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Biz xalq olaraq, cəmiyyət olaraq o valideynlərə borcluyuq ki, belə gənclər yetişdirirlər. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində, həm də bu cür təxribatlarda, hərbi toqquşmalarda, Ermənistanın sərhəd xəttində törətdiyi təcavüz aktlarında, erməni diversiya qruplarının zərəsizləşdirilməsində, silahlı birləşmələrinə qarşı döyüşdə Azərbaycan gəncinin göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, bu yolda şəhidlik zirvəzinə ucalmaları, qazi haqqını qazanmaları bizim qürur ünvanımızdır.

Namiq Ağamalıyev,
AzMİU İnşaat Kolecinin direktoru

ŞƏHİDİ OLMAYAN XALQ TORPAQ MƏHƏBBƏTİNDƏN, YURD SEVGİSINDƏN MƏHRUM XALQDIR
ŞƏHİDİ OLMAYAN XALQ TORPAQ MƏHƏBBƏTİNDƏN, YURD SEVGİSINDƏN MƏHRUM XALQDIR




































































SON XƏBƏRLƏR
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər
Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Fevral ayından…
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – SEYMUR ORUCOV
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir