Əslən İranın Qərbi Azərbaycan əyalətinin Sayinqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.
yenisehife.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Yaxınlarının dediyinə görə, gənc qızın Urmiyaya makiyaj kursları üçün gəldiyini və şəhərdə etiraz aksiyası zamanı öldürüldüyünü deyirlər.
Təhlükəsizlik xidməti qızın ailəsini təhdid edərək, onun avtomobil qəzasında öldüyünü bəyan etməyi tələb edib.
Nəsimə Sidqanın dəfn mərasimi sakit və hökumət qüvvələrinin nəzarəti altında olan az sayda insanın iştirakı ilə keçirilib.