Yeni Səhifə

QARADAĞ RAYONU: 2022-ci il UGURLU GOSTERICILERLE YEKUNLAŞACAQ

Tarix:25-11-2022, 10:05 Baxış Sayı:82 Kateqoriya:Gündəm / Siyasət / Sosial

QARADAĞ RAYONU:   2022-ci il UGURLU GOSTERICILERLE  YEKUNLAŞACAQ

QARADAĞ RAYONU: 2022-ci il uğurlu göstəricilərlə yekunlaşacaq

Bu günlərdə Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini - Ziyad Əzizov, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd etmişdir. Eyni zamanda, qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırılaraq zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Payız-qış mövsümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar paytaxt Bakının Qaradağ rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.
Təcrübəli dövlət qulluqçusu, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi altında rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki-üç ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.
Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Qaradağ İcra Hakimiyyəti (RİH) rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir, rayonun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edir, ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini gerçəkləşdirir.
Son illər Qaradağ rayonu ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülmüş, küçələr boyu yaşıllıq zolaqları, yeni parklar inşa edilmiş,, işıqlandırma və oturacaqlar dəyişdirilmiş, bir çox ünvanlara asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuş, liftlər yenisi ilə əvəz olunmuş, binalarda yüzlərlə pəncərə və qapı dəyişdirilmişdir. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulmuşdur. Ümumi yaşayış binalarının həyətlərinə “Abad həyət” layihəsi çərçivəsində söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılmışdır. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. İstismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Onu da qeyd edək ki, Qaradağ rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.
Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki, yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Magistral yollarda kürəbəndlər təmizlənir, binaların zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılır, mənzillərin tüstü və hava kanalları təmizlənir. Eyni zamanda, rayonda mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlər keçirilir. Bir sözlə, rayon təsərrüfatı saat mexanizmi kimi işləyir.
Bütün müşahidə olunanlar əminliklə söyləməyə əsas verir ki, Qaradağ rayonunun zəhmətkeş insanları, əmək kollektivləri, rayon rəhbərliyi, ictimaiyyət əl - ələ verib 2022-ci ilin qalan az hissəsini də uğurlu göstəricilərlə başa vuracaqlar.

QARADAĞ RAYONU:   2022-ci il UGURLU GOSTERICILERLE  YEKUNLAŞACAQ

















SEVİL MİKAYİQIZI

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı