Yeni Səhifə

Kəbirə Məmmədovanın avtovağzalı bağlandı - Məhkəmə qərar verdi

Tarix:10-12-2022, 19:41 Baxış Sayı:20 Kateqoriya:Gündəm

Kəbirə Məmmədovanın avtovağzalı bağlandı - Məhkəmə qərar verdi



"Binə” Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb.

YENISEHIFE.AZ "qaynarinfo"ya istinadla məlumatına görə, "Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin "Binə” Ticarət Mərkəzi olması qeyd olunub.

Bütün bu işlər isə "Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazaviya" MMC olan şirkətin adı ilə görülüb.

O da məlum olub ki, "Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək "yer haqqı” ödəməklə Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.

"Binə” Ticarət Mərkəzi ərazisində sərnişin daşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.

Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları "Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür.

"Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.

"Arazaviya"nın vəkili deyib ki, ərazi "Binə” Ticarət Mərkəzinin tərkibinə aid olsa da, həmin ərazidə və ona yaxın yerlərdə sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət "Binə” Ticarət Mərkəzinin daxilində deyil, çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən Ticarət Mərkəzi heç bir məsuliyyət daşımır. Əvvəllər, yəni pandemiyadan öncə Ticarət Mərkəzinin ərazisində başqa bir MMC tərəfindən müqavilə əsasında avtovağzal (avtostansiya) fəaliyyəti mövcud olub. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırıb və bundan sonra "Arazaviya" MMC-yə məxsus "Binə" Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməyıb.

Məhkəmənin qərarı ilə "Arazaviya" MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Arazaviya" MMC-nin təsisçisi Kəbirə Məmmədova olsa da, qanuni təmsilçisi "Binə" Ticarət Mərkəzinin direktor müavini, "Araz-Avia" firmasının prezidenti Əmirova Dilşad Camşidovnadır.















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı