Yeni Səhifə

Dəmir yumruq sahibi

Tarix:21-12-2022, 10:35 Baxış Sayı:32 Kateqoriya:Gündəm

Dəmir yumruq sahibi

DƏMİR YUMRUQ SAHİBİ

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin reallaşdırılmasını təmin edən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının bütün istiqamətlərini də müəyyənləşdirmişdi. Xalqın məhəbbətlə “Heydər Əliyev dövlətçilik kursu” adlandırdığı bu istiqamətlərin əzm və şərəflə davamı missiyası isə cənab İlham Əliyevin üzərinə düşürdü. O, bu çətin və mürəkkəb missiyanı uğurla davam etdirmək və Ulu Öndərimizdən yarımçıq qalmış işləri möhtəşəm sonluğa çatdırmaqdan ötrü gərgin və səmərəli fəaliyyətə başladı.
Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ilk növbədə, onun güclü iqtisadiyyatını formalaşdırmaq zəruri idi. Buna qədər mürəkkəb və çətin şəraitdə aparılan neft danışıqlarında əzmlə iştirak edən cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının təmininə xidmət göstərən müqavilələrin, ilk növbədə, “Əsrin müqaviləsi”nin və digər iyirmiyədək sazişin bağlanmasına öz dəyərli töhfəsini verdi.
Bütün maneə və əngəllərə baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda gerçəyə çevrildi. “Neft ölkələrə xoşbəxtlik də gətirə bilir, bədbəxtlik də! Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”, - deyən cənab İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipinə sadiq qaldı.
Beləliklə, neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynadı! Büdcəyə daxilolmalar artdıqca xalqın sosial rifahı yüksəldi, müstəqil dövlətimizin iqtisadi gücü və imkanları da artdı. Bir milyon nəfərdən artıq qaçqın və məcburi köçkünün sosial müdafiəsi gücləndirildi.
Prezident İlham Əliyev bir an da olsun belə işğaldakı torpaqların geri qaytarılması əzmindən geri durmurdu! Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərir, inamla, addım-addım məqsədinə doğru yaxınlaşırdı: Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə, uğurla həyata keçirildi.
Sahibkarlığın inkişafına əlverişli şərait yaradıldı, onlara sistemli şəkildə güzəştli kreditlər verildi, digər yardımlar göstərildi. Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən mütəmadi subsidiyalar ayrıldı. Ölkənin neftdən asılılığının azaldılması üçün sistemli tədbirlər görüldü. Vətəndaş məmnunluğu yaradıldı, dövlət büdcəsinin həcmi ilbəil artdı. Hər il ordu quruculuğuna və onun ən müasir silahlarla təminatına kifayət qədər vəsait ayrıldı!
Otuz il Qarabağ torpaqlarını işğalda saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan edildi! Quduran, Azərbaycan torpaqlarının əbədi olaraq özündə qalacağını düşünən düşməni rəzil günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u saldı! Bu qüdrətli yumruq düşmənin başını ilan başı kimi əzdi, belini çubuq kimi qırdı, düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu!
Qüdrətli yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə məxsus olur. Məhz İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə. Şübhəsiz, “dəmir yumruq” öz gücünü ən əvvəl sahibinin zəkasından, Vətənə qədərsiz sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik bacarığından, misilsiz hərbi məharətindən, möhkəm və dönməz iradəsindən alır! “Dəmir yumruğ”un sahibini - Möhtərəm Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir və inanıram ki, Azərbaycan onun rəhbərliyi altında dövrün bütün sınaqlarından üzüağ çıxaraq tərəqqiyə qovuşacaqdır.

Novruz Quliyev, Beyləqan bələdiyyəsinin sədri

















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı