Yeni Səhifə

Allah-təala cənab İlham Əliyevdən heç nəyi əsirgəməyib

Tarix:21-12-2022, 10:40 Baxış Sayı:27 Kateqoriya:Gündəm

Allah-təala cənab İlham Əliyevdən heç nəyi əsirgəməyib




Allah-təala cənab İlham Əliyevdən heç nəyi əsirgəməyib

İlham Heydər oğlu Əliyev dahi şəxsiyyətin ailəsində dünyaya göz açıb. Dünyanın ən həlim, mehriban, fədakar anasının qucağında böyüyüb. Mükəmməl təhsil alıb, bir neçə dili ana dili qədər dərindən bilir.
Böyük xarizma sahibidir. Dərin ağıla və zəkaya malikdir. Əsl Azərbaycan kişilərinə xas boy-buxunu, yaraşığı var. Özünə əsl Azərbaycan xanımını ömür-gün yoldaşı seçməklə eyni zamanda dost və sirdaş da qazanıb.
Həddindən çox ciddidir, nadir hallarda gülür. Böyük fiziki gücə, yüksək enerjiyə, yorulmadan işləmək qabiliyyətinə malikdir. Qeyri-adi nitq sahibidir: istənilən mövzuda saatlarla, heç bir qeydə baxmadan zəruri və unikal misalları gətirməklə sinədəftər, dəmir məntiqə söykənən çıxışlar edə bilir. Müdrikdir, uzaqgörəndir, unikal yaddaş sahibidir, tərəf-müqabilini istənilən anda mat qoyan faktlar, arqumentlər səsləndirməyi bacarır. Hirslənəndə qəzəbini boğub gizlətməyi, qeyri-adi gedişlərlə tərəf-müqabilindən ustalıqla “qisas” almağı bacarır.
Məqsədə çatmaq yolunda illərlə, inadla çalışmaq, qeyri-adi, dəqiqliklə hesablanmış addımlar atmaq ustasıdır. Böyük ürək, geniş qəlb, yüksək səxavət sahibidir. Dövlətin və xalqın maraqlarını daim uca tutar, bu məsələdə heç zaman, heç kəsə güzəştə getməz. Şəhid analarını, körpə balalarını öpüb bağrına basanda gözlərinin yaşardığını dəfələrlə görmüşük. Dəmir yumruğunu düşmənə silkələyərək başını əzdiyinin şahidinə çevrilmişik.
Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərd-səri, qayğıları, problemləri Prezident İlham Əliyevin diqqətində və nəzarətindədir. Vətəndaşlarla səmimi görüşlər keçirməsi, onların problemlərini dinləməsi və həll olunması üçün müvafiq göstərişlər verməsi, bağışlamaq böyüklüyü cənab
İlham Əliyevin ölkə rəhbəri kimi hər zaman vətəndaşının yanında olduğunu, siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiq edir. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb.
Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib. Prezident İlham Əliyev Ümummilli Liderin bütün sahələrdə müəyyənləşdirdiyi yolu davam etdirərək, sözügedən layihələri müvəffəqiyyətlə başa çatdırdı.
Azərbaycan xalqının sevdiyi, Qarabağın xilaskarı, dünyanın sayılıb - seçilən rəhbərlərindən biri olan möhtərəm Prezidentimizi ad günü münasibətilə səmim-qəlbdən təbrik edir, həyatda xoşbəxtlik, Azərbaycan üçün düşərli fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

Mafizəd Cəfərov, Hacıqabul rayon Suvarma Sistemləri İdarəsinin rəisi



































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı