Yeni Səhifə

Kirayə yolu ilə ev sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR - Yanvarın 1-dən 18 faiz...

Tarix:16-01-2023, 22:43 Baxış Sayı:9 Kateqoriya:Gündəm / Cəmiyyət

Kirayə yolu ilə ev sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR - Yanvarın 1-dən 18 faiz...



Bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib.

BAKU.WS xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər.

Qeyd edək ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda 3 ildən 25 ilədək müddətə mənzilləri satın almaq məqsədi ilə təqdim edilir. Yəni, vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir.

Kirayə mənzil almaq üçün şərtlər:

Daha ətraflı məlumat almaq istəyənlər 1549 nömrəsinə zəng edə bilərlər





KİRAYƏ MƏNZİLİN VERİLMƏ ŞƏRTLƏRİ
KİRAYƏ MÜQAVİLƏSİ

Minimal müddət

3 il

Maksimal müddət

25 il

Yaşa görə maksimal müddət

son ödəniş tarixinə yaş 70 yaşdan çox olmamalı

Qabaqcadan ödəniş

aylıq ödənişin ən azı 12 misli

Ödəniş valyutası

Azərbaycan manatı

Kirayə hüquqlarının ötürülməsi

Kirayə müqaviləsi bağlanan gündən

Vaxtından əvvəl tam ödəniş

Kirayə müqaviləsi bağlanan gündən



KİRAYƏÇİ

Azərbaycan Respublikasının vətəndaşı olmalı

Məhkumluğu olmamalı

Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı

Müraciət anına yaşı 60-dan yuxarı olmamalı

Rəsmi gəlirlərə malik olmalı



YAŞAYIŞ SAHƏSİ

2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir

Alış anına standartlara uyğun tam təmirli olmalıdır, habelə elektrik enerjisi, qaz və su ilə təchiz olunmalıdır

İnfrastruktur obyektlərə (nəqliyyat, səhiyyə, iaşə, təhsil və s.) yaxın olmalıdır

Sakinlərin istirahəti üçün həyatyanı sahəyə malik olmalıdır

Tikinti standart və normalarına cavab verməlidır

Müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır (Fond tərəfindən)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı