Azərbaycan zəlzələdən sonra Türkiyəyə 21 367 000 AZN maddi yardım ayırıb.
YENISEHIFE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Təbii fəlakətin 10 şəhəri əhatə etdiyi zəlzələdən sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bu hadisə Türkiyədə 1939-cu ildən etibarən qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.