Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.
YENISEHIFE.AZ oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.
*** 15:32
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
[media=https://www.youtube.com/live/WfaBspXJfpM?feature=share&t=10]
Bu barədə YENOSEHIFE.AZə DİN-in mətbuat xidmətindən bildirilib.
***14:49
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə YENISEHIFE.AZ-ə prokurorluğun mətbuat xidmətindən bildirilib:
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
***
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə YENISEHIFE.AZ-a DİN-in mətbuat xidmətindən bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
[media=https://www.youtube.com/live/WfaBspXJfpM?feature=share&t=10]