Qarabag Media

"Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur" - RƏY

Tarix:19-03-2023, 21:04 Baxış Sayı:3 Kateqoriya:Gündəm / Siyasət

"Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur" - RƏY




"Prezident İlham Əliyevin Qarabağa hər gedişi, xüsusən də Azərbaycan xalqı üçün əlamətdar günlərdə bu qədim yurdumuza səfərləri erməni separatizminə psixoloji baxımdan ağır zərbə vurur, ermənilərin düşdükləri çıxılmaz durumu daha da ağırlaşdırır".

YENISEHIFE.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının direktoru, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib.

O qeyd edib ki, ermənilər artıq qondarma "miatsum"un (Qarabağın Ermənistana birləşdirilməsini və bununla da "vahid" Ermənistan dövlətinin yaradılmasını nəzərdə tutan qondarma ideologiya) heç bir perspektivinin qalmadığını anlayırlar.

Tanınmış psixoloq söyləyib ki, Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə erməni xalqını "miatsum" bəlasından xilas edir, bu qondarma ideologiyanı onların beynindən silir.







Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanması ilə nəticələnən prosesin "miatsum"la başladığını xatırladan akademiya rəhbəri vurğulayıb ki, ermənilər özləri də bu əsassız "ideologiya"nın əsirinə çevriliblər:

"Bir qrup separatçı şəxsi maraq və mənafelərini təmin etmək, hakimiyyətə gəlib var-dövlət toplamaq üçün vaxtilə Qarabağda separatçı hərəkat başlatmışdılar. Amma bunu ümumerməni hərəkatı kimi təqdim edirdilər. Çünki erməniləri bu prosesə qoşmaq başqa cür mümkün deyildi. Ona görə də erməni separatçıları qondarma "miatsum"u ortaya atdılar və bunun arxasında gizləndilər. Erməni xalqı da sadəlövhcəsinə buna inanır və dəstək verirdi. İlk illərdə Azərbaycan torpaqlarının işğalı "miatsum"u ermənilərin beyninə həkk edir və onların bu qondarma ideologiyaya inamını artırırdı. Lakin bir müddət keçəndən sonra erməni xalqı gördü ki, bu proses onların özlərinə də ciddi ziyan vurur və yalnız bir qrup separatçının varlanmasına xidmət edir. Ona görə də getdikcə "miatsum"dan uzaqlaşmağa başladılar".






Tanınmış psixoloqun fikrincə, "miatsum"a ən öldürücü zərbəni Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük zəfər vurub. Döyüşlər bitəndən sonra Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələr, görülən işlər isə "miatsum"un bir daha baş qaldırmaq perspektivlərinin üzərindən xətt çəkib:
"Erməni xalqını inandırmışdılar ki, "miatsum" onları xoşbəxt edəcək. Amma əksi baş verdi. Azərbaycan torpaqlarının işğalı erməni cəmiyyətinə aclıq, yoxsulluq, səfalət gətirdi və bundan sonra ermənilər "miatsum"a şübhə ilə yanaşmağa başladılar. Bir müddət keçəndən sonra isə bu qondarma ideologiyanın zərərlərini başa düşdülər və ondan uzaqlaşmağa başladılar. Hətta "miatsum"un əsas ideoloqları və alovlu tərəfdarları da əvvəlki mövqelərini dəyişmişdilər. Bəzi tanınmış ermənilər isə bu qondarma ideologiyanı açıq-aşkar tənqid edirdilər. Nəhayət, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və "miatsum" əfsanəsi darmadağın oldu".





O vurğulayıb ki, ümumiyyətlə, 44 günlük Vətən müharibəsi xalqımızın milli identiklik hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir:

"Birinci Qarabağ müharibəsindəki ağır nəticələr xalqımızda bir tərəfdən psixoloji sarsıntılar yaratsa da, digər tərəfdən onun kollektiv yaddaşının oyanmasına, milli kimlik hissinin güclənməsinə səbəb oldu. Cənab Prezident və onun apardığı siyasət burada birləşdirici rol oynadı. Əgər cənab Prezidentin psixoloji portretini çəksək, görərik ki, müharibə dövründə onun apardığı siyasət, bədən dili, verdiyi müsahibələr xalqımızda qələbəyə inam hissi formalaşdırmaqla yanaşı, ermənilərdə ümidsizlik və fobiyanın yaranmasına səbəb oldu, indiyədək inandıqları ideyaların illüziyadan başqa bir şey olmadığını üzə çıxardı, ermənilərdə narkomanlıq kompleksini gücləndirdi. Bu baxımdan məhz cənab Prezidentin apardığı siyasətin nəticəsində xalqımızın Birinci Qarabağ müharibəsi nəticəsində aldığı psixoloji travmalar aradan qaldırıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşan nəsildə qalib psixologiyası formalaşdırıldı".



M.Mustafayev bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinə səfəri ermənilərə və bütün dünyaya mesajdır:

"Xalqımız üçün əlamətdar günlərə təsadüf edən belə səfərlər hamıya onu göstərir ki, o yerlər bizim üçün müqəddəsdir və həmişə də belə olacaq. Prezident və birinci xanımın səfəri həm də ermənilərə birbaşa mesajdır, separatizm həvəsi ilə yaşayanlara ağır zərbədir, qondarma "miatsum"un üzərindən növbəti dəfə xətt çəkməkdir və bu, qondarma, zərərli ideologiyanı ermənilərin beynindən silir. Ermənilər anlayırlar ki, bir daha separatizm həvəsinə düşməyin mənası yoxdur. Çünki Azərbaycanın qüdrətli lideri və güclü ordusu var. Ona görə də qondarma "miatsum"dan getdikcə daha da uzaqlaşmaqdan başqa yolları yoxdur. "Miatsum" ideyasının iflası isə ermənilərdə kütləvi şəkildə psixozun yaranmasına səbəb olub".



















SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!