Qarabag Media

Gün işığı kimi...

Tarix:30-03-2023, 21:42 Baxış Sayı:34 Kateqoriya:Gündəm / Mədəniyyət / Cəmiyyət




Gün işığı kimi...
Mehriban xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmışdır. Bəlkə də bu obraz onun gördüyü bütün işlərin cəmi,
Birinci xanımın ən qüdrətli əsəridir...

Mehriban xanımın Azərbaycan xalqının, Vətənimizin yüksəlişi, çiçəklənməsi üçün atdığı hər bir addım, bu addımları ataraq özünün də kamil bir şəxsiyyət, bir dövlət xadimi səviyyəsinə yüksəlməsinin bütün mərhələləri gözlərimin qarşısında baş verib və mənə tanışdır söyləsəm, qətiyyən yanlış olmaz. Çünki belə bir təəssürat tək mənə yox, yaşı, yaşanmış ömür müddəti imkan verən hər bir azərbaycanlıya məxsusdur, başqa sözlə, Mehriban Əliyeva elə nadir şəxsiyyətlərdəndir ki, onun barəsində yalnız fərdlərin deyil, bütün xalqın yekdil rəyi var.
Mehriban xanımın ilk növbədə öz xalqına bəslədiyi açıq, səmimi münasibəti, məncə, onun bütün uğurlarının əsasında dayanır.
Azərbaycan tarixində, ümumən türk tarixində cəsur, mətanətli, sədaqətli xanımlar çox olub. Gəlin etiraf edək, Mehriban xanım əlahiddədir.
25 illik zaman aralığında Ulu öndər Heydər Əliyevin, hörmətli Prezidentimiz İlham Əliyevin silahdaşı olaraq, bu işıqlı, ayağısayalı insan, həqiqətən, yorulmadan çalışıb, qürurverici yekunlara imza atıb.
Bunların hamısı barədə söhbət açmaq sadə bir təbrik yazısının miqyasına qətiyyən sığmaz. Onun daim fəaliyyətdə keçən dinamik ömür yolunun xronikası isə hər birimizə bəllidir.
Ötən əsrin 80-ci illərində tibb sahəsində ali təhsil alan, gənc yaşlarından ixtisası üzrə namizədlik müdafiə edən Mehriban xanımın sonrakı fəaliyyəti heyrətamiz bir miqyas alır. "Azərbaycan Mədəniyyətinin Dostları Fondu”ndan, "İrs" jurnalından başlanan yol bu əsilzadə xanımı xalqın həyatına qovuşdurmuşdur. 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu mədəniyyət-sosial-humanitar istiqamətdə bir neçə dövlət qurumunun edə bildiyi qədər yeniliklərin müəllifidir.
Mehriban xanımın başladığı işlərin hər biri dərin məzmunu və davamlı olması ilə heyrətamizdir. Bunlar sadəcə cari işlər deyil, məhz xalqın inkişafında mühüm amil olan proseslərin cəmidir. Müstəqillik dönəmində Azərbaycanda xalq sərvətlərinin, daha doğrusu, mədəni irsin qorunub saxlanması, onlardan yeni şəraitə uyğun və praktik istifadə ideyası ona məxsusdur və təbii, nə əvvəlinci, nə də sonuncu ideyadır. Xalçaçılıq, muğamat, milli, mədəni varlıqların hifz olunması (Novruz Bayramı, Azərbaycan muğamı, Azərbaycan tarı, saz, Qobustan, İçərişəhər...) sahəsində Mehriban xanımın yol açdığı layihələr milli mənəviyyatımızı bütün dünyada tanıtmış, xalqımıza bəslənən uluslararası rəğbətin mənbəyi olmuşdur.
Mehriban xanımın bir vətəndaş və şəxsiyyət olaraq formalaşdırdığı milli missiyada xalqın real həyatı birinci bənddir. O, bu məsələyə müqəddəs bir vəzifə kimi baxır. Elə, doğru olanı da budur!
Nədir bu missiya; öncə xalqın, onun övladlarının sağlamlığı, fiziki-mənəvi bütövlüyü. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan səhiyyə, sağlamlıq təmayüllü proqramların məhz təhsillə, körpələrə qayğıyla çulğaşması bir daha bəyan edir ki, dövlətin kamil, savadlı insandan dəyərli olan sərvəti yoxdur və ola da bilməz. Tarixi abidələrin, adət və ənənələrin qorunması, Bakı kəndlərinin sosial-mədəni inkişafı (eləcə də yol, su çəkilişi, uşaq bağçaları, məktəb və xəstəxanaların inşası və təmiri, qaçqın, köçkün bacı-qardaşlarımıza, cəmiyyətin müdafiəyə ehtiyacı olan üzvlərinə qayğı göstərilməsi, amnistiya təşəbbüsləri ilə təqsirli, amma islah olunmuş insanların yenidən cəmiyyətə qaytarılması), Odlar yurdunun mədəniyyət, idman, turizm məkanı olaraq yüksəlişi həqiqətən də strateji xarakterli, dinamik proses mahiyyətli vəzifələrdir və onların reallaşması Azərbaycan dövlətinin qüdrətinə arxalanan, onun parlaq sabahına xidmət edən Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın fövqəladə çalışmalarının bəhrəsidir.
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı və təbliği işində əldə etdiyi böyük nəticələr Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalamışdır. Mədəni irsimizin böyük nümunələrindən biri sayılan müğamın, aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsinin, tar sənəti və ifaçılığının isə Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etməsi də məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü və davamlı işin nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyevanın “Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişir, UNESCO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir” sözləri bir daha təsdiqləyir ki, mədəni irsimizin müdafiəsi işi bundan sonra da uğurla davam etdiriləcək.
Azərbaycanda idman sahəsindəki inkişaf Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Dövlətin qayğısı və diqqəti nəticəsində özünün genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoymuş idman sahəsində əldə edilmiş uğurların miqyasından hamı xəbərdardır. İdmançılarımızın Dünya və Olimpiya yarışlarında ölkəmizi layiqincə təmsil etmələri dövlətin göstərdiyi güclü dəstək sayəsində mümkün olduğu da hamıya məlumdur. Respublikada inşa edilən və ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı 40-ı ötmüşdür. Belə vacib prosesə fəal qoşulan Heydər Əliyev Fondu da idmanımızın inkişafına dəstək göstərir, sağlam gəncliyin yetişməsi işinə öz töhfəsini verir. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir”,- deyən Mehriban Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Bundan başqa, bədii gimnastika üzrə 27-ci Dünya Çempionatının, son dəfə 30-cu Avropa Çempionatının ölkəmizdə uğurla keçirilməsi Azərbaycan Bədii Gimnastikası Federasiyanın prezidenti kimi Mehriban Əliyevanın bu idman növünün inkişafı ilə yanaşı, Azərbaycan idmanının təbliği istiqamətində də əldə etdiyi çoxsaylı nailliyyətlərdən biridir.
Birinci xanımın idmanın inkişafı və populyarlaşdırılması, eləcə də xalqlararası münasibətlərdə yeni səhifənin açılmasında böyük rol oynayan ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi uğurlu fəaliyyətini də qeyd etmək vacibdir. Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən quruldu. Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, “Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dediyi sözlər Mehriban xanımın qayğıkeş ana, mərhəmət və şəfqət simvolu olduğunu bir daha gözlər önünə gətirir: “Mən çox istəyirəm ona oxşayım, lap çox. Çünki o, xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda, mənim üçün prinsipcə hər cəhətdən idealdır”.
“Bu il, 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu. Biz Azərbaycan xalqı Prezident İlham Əliyev cənablarının böyük strategiyasına söukənərək möhkəm dayaqlar üzərində qərarlar tutmuşuq. Bu ilin bizim üçün ilk sevindirici xəbəri vətənimizə tez bir zamanda dönmək xəbəri oldu. Uzun illərdən sonra vətənə dönmək hislərini söz ilə ifadə etmək çətindir.
Cənab Preizdent biz Azərbaycan xalqı Sizinlə fəxr edirik”.


Şabran Rayon sakini gənc ana
Ülviyyə Məmmədova






































































SON XƏBƏRLƏR
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər
Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Fevral ayından…
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – SEYMUR ORUCOV
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir