Yeni Səhifə

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Tarix:10-04-2023, 21:19 Baxış Sayı:21 Kateqoriya:Gündəm





Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ən yeni tarixinin bütöv bir qəribəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərindən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük və şərəflə yerinə yetirmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ilini hər birimiz böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşırıq. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması qərarı bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Ümummilli lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər, Ümummilli liderimiz Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Heydər Əliyev Azərbaycan gəncliyinin uğurlu sabahına inanırdı. Ulu öndərin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. Həmin ildən bəri hər il fevralın 2-si respublikanın gəncləri bu günü qeyd edirlər.

Gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini də diqqətdə saxlayırdı.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən ümummilli lider Ana dilimizin-Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 21 fevral bütün dünyada Beynəlxalq ana dili günü kimi qeyd olunur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsi idi. Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirmişdir. 26 fevral Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Xocalı soyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilib. 26 fevral tarixi Xocalı soyqrımı Günü elan olunub. Heydər Əliyev bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də mütərəqqi və davamlı islahatlar həyata keçirirdi.

Ümummilli lider Heydər Əliyev ədliyyə sahəsinə diqqət və qayğı ilə yanaşırdı. Bu gün müasir iqtisadiyyatın inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan vətəndaşı olaraq hər birimiz Heydər Əliyev ideyalarını bundan sonra da uğurla həyata keçirəcəyik. Müasir Azərbaycanın memarı və qurucusu olan dahi Heydər Əliyevin adı qəlbimizdə əbədi qalacaqdır. Ümummilli liderin həyat yolu bizim üçün bir örnəkdir. Bir vətəndaş kimi ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq. Azərbaycanlı olaraq hər birimiz böyük dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsini hər zaman dərin ehtiramla anacayıq. Ulu öndərin yüksək ideyaları zamanın sınaqlarından uğurla çıxaraq dövlətimizin inkişaf yolunu daima işıqlandıracaq. Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları hər birimizin qəlbində əbədi yaşayacaq, yaşadılacaq.






SALYAN RAYON İCRA BAŞCİNİN MÜAVİNİ İCTİMAİ-SİYASİ VƏ HUMANİTAR MƏSƏLƏLƏR
ŞÖBƏSİNİN MÜDİRİ

RƏSAD CƏBRAYILOV























SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı