Yeni Səhifə

“Kolin” türk inşaat şirkəti "qaş düzəldəndə vurub göz çıxarır”

Tarix:12-04-2023, 13:25 Baxış Sayı:43 Kateqoriya:Gündəm / Cəmiyyət

“Kolin” türk inşaat şirkəti "qaş düzəldəndə vurub göz çıxarır”



"Kolin” türk inşaat şirkəti “qaş düzəldəndə vurub göz çıxarır”

Xaçmaz rayonunun Müskülü kənd sakini Zaur Nemətov ərazidə dəmiryol şəkilişi işləri həyata keçirən “Kolin” türk inşaat şirkətindən şikayətlidir. Redaksiyamıza müraciət edən Zaur Nemətov bildirir ki, inşaat şirkətinin əməkdaşlarının səhlənkarlığı, bəlkə də laqeydliyi ucbatından onun evinin həyətyanı sahəsi və evinin yerləşdiyi yola ziyan dəyib. Problemin Kİv-də ictimailəşdirilməsini və aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş edən Xaçmaz sakini hesab edir ki, dəmiryol infrastrukturunun bu sayaq genişləndirilməsi başqa şəxslərin mənafeyinə zidd olmamalı, məsələyə təcili müdaxilə edilməlidir.Kəndin yolları dagılıb gedir.Dəfələrlə "Kolin" şirkəti rəhbərliyinə müraciət edilsə də , heç bir reaksiya yoxdur. Təəssüf ki, kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi baş verənlərə susur. Hətta mənim öz vəsaitim hesabına cəkdiyim yol dagıdilib.
Hələ bir il əvvəl, 2022-ci ilin aprelində məlumat yayılmışdı ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyini Bakı Kommersiya Məhkəməsinə şikayət edib. İddia hakim Ülkər Həsənovanın icraatına verilib.
Elə həmin xəbərdə məlumat verilirdi ki, Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti” Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətdir. Bundan başqa, şirkət Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasının layihələndirmə və tikinti-quraşdırma işlərini həyata keçirir.
Belə çıxır ki, rahatlıgı pozulan və əmlaklarina ziyan dəyən vətəndaşların da "Kolin" sirkətini məhkəməyə verməsinin vaxti yetişib.



YENİSEHİFE.AZ














































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı