Yeni Səhifə

Gədəbəydəki şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır

Tarix:23-06-2023, 22:22 Baxış Sayı:3 Kateqoriya:Gündəm / Cəmiyyət





Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl insident baş verəndə ictimaiyyətdə polisin qeyri-adekvat davranışı barədə rəy formalaşdı və buna görə də ictimai qınaq özünü çox gözlətmədi. Lakin sonradan məsələ ilə əlaqədar yeni məlumatlar, görüntülər, səs yazıları yayıldı və məsələnin düşünüldüyü qədər də sadə olmadığı aydınlaşdı.

Dünən mediada yayılan məlumatlar prosesin idarə olunduğunu aydın şəkildə göstərdi. Digər tərəfdən, orada iş aparan şirkətlə bağlı yayılmış məlumat kimlərinsə davamlı şəkildə dövriyyəyə buraxdığı dedi-qodulara son qoydu.

Hazırda Nazirlər Kabinetinin yaratdığı Komissiya hadisə yerində işləyir. Artıq komissiyanın rəhbəri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilk açıqlamalarını da verib.

Dünən yayılan məlumatda Gədəbəydə işlərin Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anglo-Asian Mining” şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.Investment Group Services, LL USA” şirkəti tərəfindən aparıldığı bildirilmişdi, problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbər verilmişdi.

yenisehife.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var.
Təbii ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bu günə kimi “R.V.Investment Group Services, LL USA” şirkəti tərəfindən həmin ərazidə hər hansı sosial layihənin icra edilməsinə dair məlumat yoxdur və ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və s. obyektlər tikir və əhalinin istifadəsinə verirlər.

Bu istiqamətdə hər hansı nəzərəçarpacaq iş görməyən “R.V.Investment Group Services, LL USA” şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır.

Hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib. Amma buna rəğmən təkcə “R.V.Investment Group Services, LL USA” deyil, ölkəmizdə fəaliyyət göstərən istənilən şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır. Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı