Abşeron çimərliklərində avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah çimərliklərdə cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.