Yeni Səhifə

Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTO

Tarix:16-09-2023, 21:26 Baxış Sayı:4 Kateqoriya:Gündəm / Siyasət

Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTO




Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə həyətləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.

YENİSEHİFE.AZ xəbər verir ki, səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrini ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər iştirakçıları həmçinin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, onlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistandan alınaraq Azərbaycana gətirilən, Şuşa işğaldan azad olunduqdan sonra Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə öz əvvəlki yerlərinə qaytarılan heykəllər bizim tarixi zəfərimizin, böyük qayıdışımızın simvoludur.

Qonaqlar həmçinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomaterialların nümayiş etdirildiyi “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıb, Şuşaya səfərlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ilinə təsadüf etməsinin xüsusi əhəmiyyətindən danışıblar.
Səfər çərçivəsində, həmçinin Füzuli rayonuna gedən qonaqlar orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını, dövlət başçısının quruculuq işinə verdiyi böyük önəmin işlərin sürət və keyfiyyətində hiss etdiklərini qeyd edib, o cümlədən Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar.
































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı